Azərbaycan Respublikasının Nazirlər Kabineti 

Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi

torpaq sahələrinin normativ qiyməti haqqında
Əsasnamənin təsdiq edilməsi barədə

Qərar № 93

 

Bakı şəhəri, 27 aprel 1998-ci il

 

«Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında» Əsasnamənini təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında» Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

A. RASI-ZADƏ.

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 27 aprel tarixli
93 nömrəli qərarı ilə
təsdiq edilmişdir

 

Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi

torpaq sahələrinin normativ qiyməti haqqında
Əsasnamə

 

1. Bu Əsasnamə «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı» haqqında Azərbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında» Əsasnaməyə və qüvvədə olan digər müvafiq hüquqi-normativ aktlara uyğun olaraq hazırlanmış və özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiymətini müəyyən edir.

2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinə təhkim olunmuş torpaq sahələri onların texniki pasportlarında göstərilmiş tikinti, qurğu və bilavasitə müəssisə və obyektlərin fəaliyyəti üçün zəruri olan infrastrukturunun altında yerləşən torpaq sahələri (bundan sonra «tikinti və infrastruktur altındakı torpaq sahələri») və müəssisənin özəlləşdirilməsi anında «tikinti və infrastruktur altındakı torpaq sahələri» kateqoriyasına aid edilməyən torpaq sahələri (bundan sonra «sərbəst torpaq sahələri») kimi iki hissəyə bölünür.

3. Torpaq sahələrinin normativ qiymətini müəyyən etmək üçün Bakı şəhəri və onun ətrafındakı torpaq sahələri 12 zonaya, Sumqayit və Gəncə şəhərləri 6 zonaya, Naxçıvan, Xankəndi, Əli-Bayramlı, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri 4 zonaya, Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərləri 3 zonaya, digər rayon mərkəzlərinin 2 zonaya bölünərək 1-5 nömrəli Əlavələrdə göstərilən müvafiq zona əmsalları tətbiq edilir.

  1. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsitorpaq sahələrinin bu Əsasnamənin 1-5 nömrəli əlavələrində göstərilən zonaların sərhədlərini Dövlət Tikinti və Arxitektura Komitəsi, Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi və rayon (şəhər) icra hakimiyyəti orqanları ilə razılaşdıraraq təsdiq edir.

5. Respublikanın qəsəbə və kənd yerlərində özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altında yerləşən torpaq sahələrinin normativ qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş «Kadastr qiymət rayonları və yarımrayonları üzrə torpaqların normativ qiyməti»nə uyğun olaraq müəyyən edilir.

6. Sərbəst torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən 1—5 nömrəli əlavələrdə göstərilən əmsallar 6 nömrəli əlavədəki zonaların bazis qiymətinə vurulmaqla müəyyən edilir.

7. Tikinti və infrastruktur altındakı torpaq sahələrinin normativ qiyməti həmin zonada yerləşən sərbəst torpaq sahələrinin normativ qiymətinin 50 faizi həcmində müəyyən edilir.

8. Torpaq sahələrinin icarə haqqının məbləği, şərtləri və vaxtı «Icarə haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icarəverən ilə icarəçi arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinə təhkim olunmuş torpaq sahələrinin dövlət mülkiyyətində olmasını nəzərə alaraq illik icarə haqqı həmin torpağın normativ qiymətinin 1/20 misli həcmində müəyyən olunur.

Torpaq sahələrinin icarəyə verilməsində tətbiq olunan normativ qiyməti torpaq vergisindən az olduqda icarə haqqının qiyməti torpaq vergisi səviyyəsində müəyyən olunur.

 

 

1 nömrəli əlavə

 

Bakı şəhəri və onun ətrafı üzrə
ö
zəlləşdirilədövləmüəssisə və obyektlərinin
yerləşdiyi torpaq sahələrinin normativ qiymətinin
müəyyəolunmasında tətbiq olunan zonalar və əmsallar

 

Zonalar

Əmsallar

1

7,6

2

7,0

3

6,4

4

5,8

5

5,2

6

4,6

7

4,0

8

3,4

9

2,8

10

2,2

11

1,6

12

1,0

 

 

 

2 nömrəli əlavə

 

Sumqayıt və Gəncə şəhərləri üzrə
özəlləşdirilən dövlət müəssisə və obyektlərinin
yerləşdiyi torpaq sahələrinin normativ qiymətinin
müəyyən olunmasında tətbiq olunan zonalar və əmsallar

 

Zonalar

Əmsallar

1

5

2

4,8

3

3,6

4

2,4

5

1,2

6

1,0

 

 

 

3 nömrəli əlavə

 

Naxçıvan, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri üzrə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiymətinin müəyyən olunmasında tətbiq olunan zonalar və əmsallar

 

Zonalar

Əmsallar

1

2,9

2

2,2

3

1,5

4

1,0

 

 

 

4 nömrəli əlavə

 

Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərləri üzrə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiymətinin müəyyən olunmasında tətbiq olunan zonalar və əmsallar

 

Zonalar

Əmsallar

1

2,4

2

1,2

3

1,0

 

 

 

5 nömrəli əlavə

 

Azərbaycan Respublikasının digər rayonlarının mərkəzində özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiymətlərinin müəyyən olunmasında tətbiq olunan zonalar və əmsallar

 

Zonalar

Əmsallar

1

1,7

2

1,0

 

 

 

6 nömrəli əlavə

 

Sonuncu zonalarda yerləşən torpaq sahələrinin
1 kvadrat metrinin bazis qiyməti

 

Yerləşdiyi ərazi

Bazis qiyməti (manat)

Bakı şəhərinin 12-ci zonası

4000

Sumqayıt və Gəncə şəhərlərinin 6-cı zonası

2500

Naxçıvan, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərlərinin 4-cü zonası

2000

Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərlərinin 3-cü zonası

1500

Rayon mərkəzlərinin 2-ci zonası

1000