Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri Kərəm Həsənov tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulunun təşkilinə yaradılan şəraitə görə Azərbaycan dövlətinin başçısına minnətdarlıqlarını bildiriblər.

Vətəndaşların rahatlığının təmin edilməsi üçün Qubada keçirilən qəbulla bağlı kütləvi informasiya vasitələrində əvvəlcədən müvafiq elanlar verilib və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib.