Paytaxtda özəlləşdirilən  qeyri-yaşayış sahəsi  Nizami, Nəsimi,  Xətai olmaqla müxtəlif rayonlarda yerləşir. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Hərracın keçirilməsində  məqsəd dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması, əmlaklara investsiyaların cəlb edilməsidir. Özəlləşdirilən iri, orta və kiçik portfelli müəssisələrə, qeyri-yaşayış obyektlərinə müxtəlif həcmdə investisiyalar yatırılır. Onlar biznesə cəlb olunur və ya digər qanunla icazə verilmiş gəlir mənbələrinə çevrilir. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Fəaliyyəti yenidən tam gücü ilə bərpa edilən müəssisələrə  yeni işçilər cəlb edilir. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə öz müsbət təsirini göstərmiş olur. Mühüm üstünlük isə hərracda satılan əmlaklara qısa müddət sonra mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarışın verilməsidir.

Hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri müəssisələrlə yanaşı kiçik obyektlər və nəqliyyat vasitələri daxildir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir.  Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.

Hərracda istənilən şəxs iştirak etmək hüququna malikdir. Bunun üçün vətəndaşın Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş verməsi kifayətdir. Sifarişçi portal vasitəsilə  hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə məlumatları əldə edə bilərlər.

Xatırladaq ki, komitə tərəfindən növbəti belə hərrac 18 aprel tarixində keçiriləcək. Bu hərraca ümumilikdə 141 dövlət əmlakı olmaqla 25 səhmdar cəmiyyəti, 29 kiçik dövlət müəssisə və obyekti, 87 istifadəsiz qeyri-yaşayış sahəsi çıxarılıb. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:

http://privatization.az/index.php/az/component/content/article?layou