AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ AÇIQ TENDERƏ DƏVƏT EDİR
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılmış Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi, Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sisteminin yeni kadastr modulu və Ünvan Reyestri İnformasiya Sisteminin auditi işlərinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun satın alınması üzrə açıq tender elan edir.
İnformasiya sistemlərinin auditi sahəsində təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik rezident və qeyri-rezident hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilərlər.
Tenderdə iştirak etmək istəyənlər 500 (beş yüz) manat və ya Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq (www.cbar.az) 500 (beş yüz) manatın ödəniş gününə ABŞ dolları ilə ekvivalentini tenderdə iştirak haqqı kimi aşağıda göstərilən bank hesablarından birinə köçürdükdən və bunu təsdiq edən sənədi təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş Tenderin Əsas Şərtlər Toplusunu Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq № 812, tel.: +99412 4902408 (daxili: 242 və ya 299); faks: +99412 4903359), e-mail: mbayramov@emdk.gov.az) ünvanından ala bilərlər:
AZN hesabı
Emitent
Dövlət Xəzinədarlıq Agentliyi
Bank kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesabı: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T. bik: CTREAZ22
Alan
Əmlak Məsələləri Dövlət Komitəsi
VÖEN: 2000015631
H/H- AZ84CTRE00000000000002647970
Büdcə səviyyəsinin kodu -7
Büdcə təsnifatının kodu -142340
USD hesabı
Alan: Əmlak Məsələləri Dövlət Komitəsi
Ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi 50
VÖEN: 2000015631
Dollar hesabı: AZ02AİİB32150018403700201107
Büdcə səviyyəsinin kodu - 7
Büdcə təsnifatının kodu -142340
“Kapital Bank” ASC-nin Xətai filialı
VÖEN: 9900003611
Bank kodu: 200071
Hesab: AZ56NABZ01350200000000001840
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət.
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).
- Tender təklifi dəyərinin 2 (iki) %-i bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır).
- Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış.
- İddiaçının son 3 (üç) ildəki fəaliyyəti haqqında dövlət orqan(lar)ı tərəfindən təsdiq olunmuş maliyyə hesabatı.
- İddiaçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
- İddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri.
- Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.
- İddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər.
- Digər sənədlər (tenderin Əsas Şərtlər Toplusunda göstərilən bütün digər sənədlər).
İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
İddiaçılar tender təkliflərini qapalı, möhürlənmiş və imzalanmış ikiqat zərflərdə iki nüsxədə (üzərində “Əsli” və “Surəti” yazılmış) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin “Əsli” və “Surəti” arasında fərqlər olduqda üstünlük üzərində “Əsli” sözü yazılmış nüsxəyə veriləcəkdir.
Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 1,5 (bir tam onda beş) təqvim ayı müddətində icra olunmalıdır.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- iddiaçı tərəfindən işin yerinə yetirilməsinə dair təklif olunan üsullar, yanaşma, keyfiyyətə nəzarət işinin təşkili və idarə edilməsi ilə bağlı təkliflər;
- iddiaçının bu sahədəki iş təcrübəsi;
- təklif olunan işçi heyətinin peşəkarlığı, təcrübəsi və səriştəsi;
- görüləcək işlərin dəyəri.
İddiaçılar öz təkliflərini Əsas Şərtlər Toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak etmək üçün sənədləri (maliyyə təklifi və təklifin bank təminatı istisna olmaqla) 04 iyul 2018-ci il tarixinə qədər (saat 17.00-dək), tender təklifini və təklifin bank təminatını isə qapalı, möhürlənmiş, imzalanmış ikiqat zərflərdə 12 iyul 2018-ci il tarixinə qədər (saat 17.00-dək) Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 (otaq № 814, əlaqələndirici şəxs – Fərid Əliyev) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların tender təklifləri 13 iyul 2018-ci il tarixində (saat 11.00-da) Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (otaq № 310) ünvanında açılacaqdır.
Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığı üzrə açılacaq və təkliflər elan ediləcəkdir.
Tender Komissiyası