Tender 1(bir) lot üzrə keçiriləcəkdir.

Tenderin adı: Lot-1: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi üçün İSO 9001-2015 (Keyfiyyətin İdarəedilməsi Sistemi) və Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət üçün beynəlxalq ISO 27001:2013 (Məlumat Təhlükəsizliyi İdarəetmə Sistemi) standartları üzrə auditin aparılması və sertifikatlaşdırılma xidmətlərinin satın alınması.

Tenderdə sertifikatlaşdırma sahəsində təcrübəsi və ixtisaslı işçi heyətinə malik nüfuzlu yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər. Tenderin qalibi xarici şirkət olduğu halda Azərbaycan Respublikası Prezidentinin “İcra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 15 sentyabr 2016-cı il tarixli, 1046 nömrəli Fərmanı tətbiq olunacaqdır.

Tenderin maliyyə mənbəyi büdcə vəsaitidir.

Tender predmeti haqqında ətraflı məlumat tenderin Əsas şərtlər toplusunda verilir.

Tenderdə iştirak etmək istəyən iddiaçılar lot üzrə aşağıda qeyd edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib edilmiş əsas şərtlər toplusunu Azərbaycan, Bakı şəhəri Heydər Əliyev prospekti 139A ünvanından ala bilərlər. Əlaqələndirici şəxs: Sirac Hümbətov, +994125654186, shumbetov@emdk.gov.az. Tələb olunan bank ödənişi və iştirak etmək üçün yazılı müraciəti elekton olaraq təqdim edən iddiaçılara əsas şərtlər toplusu elektron olaraq göndəriləcəkdir.

Tenderdə iştirak haqqı: 400 AZN

AZN Hesabı

Qurum: Əmlak Məsələləri Dövlət Komitəsi

VÖEN: 2000015631

H/h: AZ84CTRE00000000000002647970

Büdcə səviyyəsinin kodu – 7

Büdcə təsnifatının kodu – 142340

Emitent

Dövlət Xəzinədarlıq Agentliyi

Bank kodu: 210005

VÖEN: 1401555071

M.h: AZ41NABZ01360100000000003944

 

  İştirak haqqı heç bir halda geri qaytarılmır.

  İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədlər toplusunu təqdim etməlidirlər.

  1. Tenderdə iştirak üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı;
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbarı ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq qurumdan arayış;
  6. İddiaçının son 3 ildəki fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq edilmiş maliyyə hesabatı və audit hesabatı (varsa);
  7. İddiaçının son 3 ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
  8. İddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər haqqında məlumatlar;
  9. İddiaçının müvafiq xidmətlər üzrə uyğunluq sertifikatları;
  10. Əsas şərtlər toplusunda tələb olunan digər sənədlər;

Tender sənədləri Azərbaycan dilində, 3 nüsxədə (1 əsli və 2 sürəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun həyata keçiriləcəkdir.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

  1. a) İddiaçının müvafiq iş təcrübəsi və metodologiyası;
  2. b) təcrübəli kadrların olması və iş təcrübəsi, göstəriləcək xidmətlərə dair tələblər;
  3. c) maliyyə təklifi.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla)  25 oktyabr 2017-ci il tarixə qədər (saat 17.00-dək), tender təklifini və tender təklifinin bank təminatını isə 03 noyabr 2017-ci il tarixə qədər (saat 15.00-dək) Bakı şəhəri Heydər Əliyev prospekti 139 A, (otaq № 407) nömrəli ünvana təqdim etməlidirlər. Əlaqələndirici şəxs: Sirac Hümbətov,  (+994)125654186. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 06 noyabr 2017-ci il tarixdə (saat 15.00-da) Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50  (otaq № 310)  nömrəli ünvanda açılacaqdır.

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası