Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasının 51 kənd rayonunda əkin sahələrindən elmi əsaslarla istifadə edilməsinə dair CİS əsasında təkliflərin hazırlanması məqsədi ilə bu ərazilərin relyef göstəricilərinin və aqroiqlim ehtiyatlarının müəyyənləşdirilməsi (toplanması) işinin satın alınması ilə bağlı kotirovka sorğusu elan edir.

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 26 may 2017-ci il tarixədək (saat 15.00-dək) Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 ünvanına təqdim olunmalıdır.

Kotirovka sorğusu ilə bağlı əlavə məlumat almaq üçün Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 ünvanına müraciət edə, yaxud tel: 490-24-08 (196) vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.