AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ TƏRƏFİNDƏN KEÇİRİLƏN KOTİROVKA SORĞUSU HAQQINDA BİLDİRİŞ
AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ TƏRƏFİNDƏN KEÇİRİLƏN KOTİROVKA SORĞUSU HAQQINDA
B İ L D İ R İ Ş
1. Kotirovka sorğusu üsulu ilə keçirilən dövlət satınalmasının məqsədi dövlət əmlakının təşkilatlararası, eləcə də təşkilatdaxili balansdan-balansa verilməsi, dövlət əmlakının silinməsi və sair aidiyyəti məsələlərlə bağlı bir sıra Avropa və MDB ölkələrinin təcrübəsinin öyrənilərək tətbiqinə dair təkliflərin təqdim edilməsi üzrə məsləhətçi xidmətlərinin cəlb edilməsidir.
2. Cəlb olunacaq qiymətləndirici tərəfindən aşağıdakı işlər görülməlidir:
- dövlət əmlakının təşkilatlararası, eləcə də təşkilatdaxili balansdan-balansa verilməsi;
- dövlət əmlakının silinməsi və sair aidiyyəti məsələlərlə bağlı bir sıra Avropa və MDB ölkələrinin təcrübəsinin öyrənilərək tətbiqinə dair təkliflər təqdim etməlidir.
3. Kotirovka sorğusunda bu Bildirişin 2-ci maddəsində göstərilən xidmətləri göstərmək iqtidarında olan yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər.
4. İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
- kotirovka sorğusunda iştirak etmək üçün ərizə;
- təkliflər;
- iddiaçının təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş surətləri və özü haqqında məlumatlar.
5. Kotirovka təqdim edilərkən müvafiq sənədlər, o cümlədən təkliflər və qiymət cədvəli də (nümunəsi 7-ci maddədə göstərilən ünvandan əldə edilə bilər) əlavə edilməlidir.
6. Bu Bildirişin 2-ci maddəsində göstərilən xidmətlər üçün yalnız bir qiymət təklifi təqdim edilməlidir. Təklif olunan xidmətlərin qiyməti nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər daxil olmaqla Azərbaycan manatı ilə göstərilməlidir. Satınalma haqqında müqavilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tələbatını təmin edən ən aşağı qiymət təklifi təqdim etmiş iddiaçı ilə bağlanacaqdır.
7. Kotirovka tələb olunan formada hazırlanaraq, üzərində hüquqi və ya fiziki şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 27 yanvar 2017-ci il, saat 17.00-dək AZ1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 (otaq 806) ünvanına təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılması ilə bağlı Satınalma Komissiyasının iclası 30 yanvar 2017-ci il, saat 15.00-də Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 (otaq 310) ünvanında Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında keçiriləcəkdir.
8. Kotirovka sorğusu ilə əlaqədar məlumat almaq üçün iddiaçılar 7-ci maddədə göstərilən ünvana müraciət edə bilərlər. Əlaqə telefonları: 490 24 08 (əlavə 299 və ya 261), faks: 490 33 59.
Satınalma Komissiyası