AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN İSTEHSAL
VƏ XİDMƏT MÜƏSSİSƏLƏRİNİN İDARƏETMƏ MƏRKƏZİ TƏRƏFİNDƏN KEÇİRİLƏN
KOTİROVKA SORĞUSU HAQQINDA

B İ L D İ R İ Ş

1. Kotirovka sorğusu üsulu ilə keçirilən dövlət satınalmasının məqsədi “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” çərçivəsində özəlləşdirməyə açılmış və Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının (bundan sonra “dövlət əmlakı”) özəlləşdirilməsinin təmin edilməsi məqsədi ilə həmin dövlət əmlakının “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirilməsi ilə bağlı təkliflərin hazırlanması üçün qiymətləndiricilərin cəlb edilməsindən ibarətdir.

2. Cəlb olunacaq qiymətləndirici tərəfindən aşağıdakı işlər görülməlidir:
2.1. Özəlləşdirmə məqsədi ilə dövlət əmlakının “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirilməsi:
- İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan 70 (yetmiş) dövlət əmlakı;
2.2. Qiymətləndirmə fəaliyyəti ilə bağlı Sifarişçinin tələbi ilə zərurət yarana biləcək digər tədbirlərin qarşılıqlı razılaşma əsasında həyata keçirilməsi.

3. Kotirovka sorğusunda bu Bildirişin 2-ci maddəsində göstərilən xidmətləri göstərmək iqtidarında olan yerli və xarici hüquqi və fiziki şəxslər istirak edə bilərlər.

4. İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
- kotirovka sorğusunda iştirak etmək üçün ərizə;
- təkliflər;
- iddiaçı haqqında məlumatlar.

5. Kotirovka təqdim edilərkən müvafiq sənədlər, o cümlədən təkliflər və qiymət cədvəli də (nümunəsi 7-ci maddədə göstərilən ünvandan əldə edilə bilər) əlavə edilməlidir.

6. Bu Bildirişin 2-ci maddəsində göstərilən xidmətlər üçün yalnız bir qiymət təklifi təqdim edilməlidir. Təklif olunan xidmətlərin qiyməti nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər daxil olmaqla Azərbaycan manatı ilə göstərilməlidir. Satınalma haqqında müqavilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tələbatını təmin edən ən aşağı qiymət təklifi təqdim etmiş iddiaçı ilə bağlanacaqdır.

7. Kotirovka tələb olunan formada hazırlanaraq, üzərində hüquqi və ya fiziki şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 22 sentyabr 2016-cı il, saat 17.00-dək AZ1154, Bakı şəhəri, Zeynal Xəlil küçəsi, 11 A (otaq 13) ünvanına təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılması ilə bağlı Satınalma Komissiyasının iclası 23 sentyabr 2016-cı il, saat 11.00-də Bakı şəhəri, Zeynal Xəlil küçəsi, 11 A (otaq 13) ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin inzibati binasında keçiriləcəkdir.

8. Kotirovka sorğusu ilə əlaqədar məlumat almaq üçün iddiaçılar 7-ci maddədə göstərilən ünvana müraciət edə bilərlər. Əlaqə telefonları: 567-14-57, 447- 30- 63 , faks: 566- 51- 98.

 


Satınalma Komissiyası