Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən açıq tender haqqında elan
AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ TƏRƏFİNDƏN KEÇİRİLƏN AÇIQ TENDER HAQQINDA
E L A N
- Açıq tender üsulu ilə keçirilən dövlət satınalmasının məqsədi özəlləşdirməyə açılmış “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “müəssisə”) özəlləşdirilməsinin təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması üçün məsləhətçinin cəlb edilməsindən ibarətdir.
- Cəlb olunacaq məsləhətçi tərəfindən aşağıdakı işlər görülməlidir:
2.1. Müəssisənin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması;
2.2. Müəssisənin SWOT və maliyyə-iqtisadi vəziyyətinin təhlilinin aparılması (“Due Diligence”), qiymətləndirilməsi və investisiya ehtiyaclarının öyrənilməsi;
2.3. Potensial investorlara təqdim olunmaq üçün müəssisə haqqında məlumat memorandumunun (ölkə haqqında, qanunvericilik və s. barədə məlumatlar daxil edilməklə) hazırlanması;
2.4. Müəssisənin özəlləşdirilməsinə yerli və xarici investorların cəlb edilməsi üçün potensial investorların siyahısının hazırlanması;
2.5. Müəssisənin satışı üzrə keçiriləcək investisiya müsabiqəsinin şərtlər toplusunun layihəsinin hazırlanması;
2.6. İnvestisiya müsabiqəsində iştirakçıların təkliflərinin qiymətləndirilməsi zamanı müsabiqə komissiyasının işinə köməklik göstərilməsi;
2.7. İnvestisiya müsabiqəsinin qalibi ilə imzalanacaq alqı-satqı müqaviləsinin layihəsinin hazırlanması və onun müzakirəsi zamanı satıcının mövqeyinin dəstəklənməsi;
2.8. Sifarişçinin tələbi ilə digər zəruri tədbirlərin qarşılıqlı razılaşma əsasında həyata keçirilməsi.
- Açıq tenderdə Elanın 2-ci maddəsində qeyd olunan xidmətləri göstərmək iqtidarında olan yerli və xarici hüquqi şəxslər istirak edə bilərlər.
- Əsas Şərtlər Toplusunu almaq üçün iddiaçılar tərəfindən iştirak haqqı olaraq 1 000 (bir min) manat vəsait Komitənin müvafiq bank hesabına ödənilməlidir (bank hesabının rekvizitləri Elanın 7-ci maddəsində göstərilən ünvandan əldə edilə bilər). İştirak haqqı heç bir halda geri qaytarılmır.
4.1. Əsas Şərtlər Toplusunu almaq üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Əsas Şərtlər Toplusunu almaq üçün ərizə;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi.
- Təklif təqdim edilərkən müvafiq sənədlərin nümunəsi Elanın 7-ci maddəsində göstərilən ünvandan əldə edilə bilər.
- Bu Elanın 2-ci maddəsində göstərilən xidmətlər üçün yalnız bir qiymət təklifi təqdim edilməlidir. Təklif olunan xidmətlərin qiyməti nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər daxil olmaqla Azərbaycan manatı ilə göstərilməlidir. Satınalma müqaviləsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tələbatını daha səmərəli şəkildə təmin edən və şərtlər toplusunda göstərilmiş meyarlar üzrə ən yüksək bal toplamış iddiaçı ilə bağlanacaqdır.
- Təkliflər Əsas Şərtlər Toplusunda göstərilmiş formaya uyğun hazırlanaraq, üzərində hüquqi şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 27 sentyabr 2016-cı il, saat 17:00-dək AZ1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 (otaq 806) ünvanına təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılması ilə bağlı Tender Komissiyasının iclası 29 sentyabr 2016 cı il, saat 15:00-da Bakı şəhəri, Yusif Səfərov küçəsi 50 ünvanında, ƏMDK-nın inzibati binasında (otaq 310) keçiriləcəkdir. Açıq tender ilə əlaqədar ətraflı məlumat almaq üçün iddiaçılar yuxarıda göstərilən ünvana müraciət edə bilərlər. Əlaqə telefonları: 490 24 08 (əlavə 242 və 142), faks: 490 33 59.
Tender Komissiyası