AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ TƏRƏFİNDƏN KEÇİRİLƏN KOTİROVKA SORĞUSU HAQQINDA
B İ L D İ R İ Ş

 

1. Kotirovka sorğusu üsulu ilə keçirilən dövlət satınalmasının məqsədi “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” çərçivəsində özəlləşdirməyə açılmış və Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə özəlləşdirilməsi nəzərdə tutulan dövlət torpaq sahələrinin (bundan sonra “torpaq sahələri”) özəlləşdirilməsinin təmin edilməsi məqsədi ilə həmin torpaq sahələrinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirilməsi ilə bağlı təkliflərin hazırlanması üçün qiymətləndiricilərin cəlb edilməsindən ibarətdir.

2. Cəlb olunacaq qiymətləndirici tərəfindən aşağıdakı işlər görülməlidir:
2.1. Özəlləşdirmə məqsədi ilə dövlət torpaq sahələrinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirilməsi:
- Baki şəhəri üzrə 22 (iyirmi iki) torpaq sahəsi;
- respublikanın digər şəhər və rayonları üzrə 8 (səkkiz) torpaq sahəsi.
2.2. Qiymətləndirmə fəaliyyəti ilə bağlı Sifarişçinin tələbi ilə zərurət yarana biləcək digər tədbirlərin qarşılıqlı razılaşma əsasında həyata keçirilməsi.

3. Kotirovka sorğusunda bu Bildirişin 2-ci maddəsində göstərilən xidmətləri göstərmək iqtidarında olan yerli və xarici hüquqi və fiziki şəxslər istirak edə bilərlər.
4. İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
- kotirovka sorğusunda iştirak etmək üçün ərizə;
- təkliflər;
- iddiaçı haqqında məlumatlar.

5. Kotirovka təqdim edilərkən müvafiq sənədlər, o cümlədən təkliflər və qiymət cədvəli də (nümunəsi bu bildirişin 7-ci maddəsində göstərilən ünvandan əldə edilə bilər) əlavə edilməlidir.

6. Bu Bildirişin 2-ci maddəsində göstərilən xidmətlər üçün yalnız bir qiymət təklifi təqdim edilməlidir. Təklif olunan xidmətlərin qiyməti nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər daxil olmaqla Azərbaycan manatı ilə göstərilməlidir. Satınalma haqqında müqavilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tələbatını təmin edən ən aşağı qiymət təklifi təqdim etmiş iddiaçı ilə bağlanacaqdır.

7. Kotirovka tələb olunan formada hazırlanaraq, üzərində hüquqi və ya fiziki şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 09 avqust 2016-cı il, saat 17.00-dək AZ1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 (otaq 806) ünvanına təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılması ilə bağlı Satınalma Komissiyasının iclası 10 avqust 2016 cı il, saat 15.00-də Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 (otaq 310) ünvanında Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında keçiriləcəkdir.

8. Kotirovka sorğusu ilə əlaqədar məlumat almaq üçün iddiaçılar 7-ci maddədə göstərilən ünvana müraciət edə bilərlər. Əlaqə telefonu: 432 00 07; faks: 490 33 59.


Satınalma Komissiyası