AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ
"Əmlak Məsələləri Dövlət Komitəsinin Y.Səfərov 50 ünvanında yerləşən inzibati binasında soyutma gücü 534,5 x 2 = 1069 KWA olan çiller-soyutma sistemi avadanlığının satın alınması və quraşdırılması” üzrə
AÇIQ TENDER ELAN EDİR


Tenderdə soyutma gücü 534,5 x 2 = 1069 KWA olan çiller-soyutma sistemləri üzrə ixtisaslaşmış və peşəkar mühəndis–texnik potensialına və adıçəkilən avadanlığın satışının təşkili sahəsində uğurlu təcrübəyə malik olan yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Tenderin Əsas Şərtlər Toplusunu Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əlaqələndirici şəxs: Elnurə Mansurova tel: (+99412) 490 24 08, əlavə 196) ünvanından ala bilərlər.

İştirak haqqı: 400 (dörd yüz) manat

Emitent

Dövlət Xəzinədarlıq Agentliyi
Bank kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesabı: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T. bik: CTREAZ22

Alan
Əmlak Məsələləri Dövlət Komitəsi
VÖEN: 2000015631
H/H- AZ84CTRE00000000000002647970
Büdcə səviyyəsinin kodu -7
Büdcə təsnifatının kodu -142340

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
6. İddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
7. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
8. İddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
9. Digər sənədlər: Tenderin Əsas Şərtlər Toplusunda göstərilən bütün digər sənədlər;
10. Tender təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır;
11. Tender təklifi dəyərinin 2% - i həcmində bank təminatı. Zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.

Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 1 (bir) ay müddətində icra olunmalıdır.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 05 iyul 2016-cı il tarixinə qədər (saat 17.30-dək), tender təklifini və tender təklifinin bank təminatını isə 18 iyul 2016-cı il tarixinə qədər (saat 17.30-dək) Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (otaq № 302) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 19 iyul 2016-cı il tarixində (saat 11.00-da) Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (otaq № 310) ünvanında açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.


Tender Komissiyası