AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ TƏRƏFİNDƏN KEÇİRİLƏN TƏKLİFLƏR SORĞUSU HAQQINDA BİLDİRİŞ
AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ TƏRƏFİNDƏN KEÇİRİLƏN
TƏKLİFLƏR SORĞUSU HAQQINDA BİLDİRİŞ
1. Təkliflər sorğusu üsulu ilə keçirilən dövlət satınalmasının məqsədi Azərbaycan Respublikasında “Torpaqların Elektron Uçotu İnformasiya Sistemi”nin (informasiya sistemi) yaradılması ilə bağlı proqram təminatının hazırlanması üçün podratçının seçilməsindən ibarətdir.
2. Seçiləcək podratçı mütərəqqi informasiya texnologiyalarına əsaslanan informasiya sisteminin proqram təminatını hazırlamalı və onun fəaliyyəti üçün tələb olunan kompüter avadanlıqlarına dair minimal tələbləri müəyyən etməlidir.
Podratçının görəcəyi işlər haqqında ətraflı məlumat Əsas Şərtlər Toplusunda verilir.
3. Təkliflər sorğusunda 2-ci maddədə göstərilən işləri görmək iqtidarında olan hüquqi şəxslər iştirak edə bilərlər.
4. Təkliflər sorğusu çərçivəsində təqdim edilən təkliflərə müvafiq sorğu sənədləri, o cümlədən təklifin forması (nümunəsi 6-cı maddədə göstərilən ünvandan əldə edilə bilər) və qiymət cədvəli əlavə edilməlidir.
5. Bu bildirişin 2-ci maddəsində göstərilən işlər üçün yalnız bir qiymət təklifi təqdim edilməlidir. Görüləcək işlərin qiyməti vergi və qanunvericilikdə nəzərdə tutulmuş digər xərclər daxil olmaqla Azərbaycan manatı ilə göstərilməlidir.
6. Təkliflər sorğusu ilə bağlı təklif tələb olunan formada hazırlanaraq, üzərində hüquqi şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 07 sentyabr 2015-ci il, saat 17.00-dək AZ1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 (otaq 805) ünvanına təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
7. Təkliflər Sorğusunun Əsas Şərtlər Toplusunu əldə etmək və hər hansı əlavə məlumat almaq üçün iddiaçılar 6-cı maddədə göstərilən ünvana müraciət edə bilərlər. Telefon: 490 24 08 (əlavə 123 və 242), faks: 490 33 59.
Tender Komissiyası