AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ TƏRƏFİNDƏN KEÇİRİLƏN KOTİROVKA SORĞUSU HAQQINDA BİLDİRİŞ
AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ TƏRƏFİNDƏN KEÇİRİLƏN
KOTİROVKA SORĞUSU HAQQINDA BİLDİRİŞ
1. Kotirovka sorğusu üsulu ilə keçirilən dövlət satınalmasının məqsədi özəlləşdirməyə açılmış bəzi dövlət müəssisələrinin maliyyə vəziyyətinin sağlamlaşdırılması ilə bağlı təkliflərin hazırlanması üçün məsləhətçinin cəlb edilməsindən ibarətdir.
2. Cəlb olunacaq məsləhətçi tərəfindən aşağıdakı işlər görülməlidir:
- 18 müəssisənin 01.09.2015-ci il tarixinə olan maliyyə borclarının həcminin dəqiqləşdirilməsi və təhlilinin aparılması;
- aparılmış təhlilin nəticələrinə uyğun olaraq borcların restrukturizasiyası barədə təkliflərin təqdim edilməsi;
- ümidsiz debitor borcları ilə bağlı təkliflərin verilməsi.
3. Kotirovka sorğusunda 2-ci maddədə göstərilən xidmətləri təklif etmək iqtidarında olan yerli və xarici hüquqi şəxslər istirak edə bilərlər.
4. Kotirovka təklifini təqdim edərkən müvafiq kotirovka sənədləri, o cümlədən kotirovka təklifi (nümunəsi 6-cı maddədə göstərilən ünvandan əldə edilə bilər) və qiymət cədvəli də əlavə edilməlidir.
5. Bu bildirişin 2-ci maddəsində göstərilən xidmətlər üçün yalnız bir qiymət təklifi təqdim edilməlidir. Təklif olunan xidmətlərin qiyməti nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər daxil olmaqla Azərbaycan manatı ilə göstərilməlidir. Satınalma haqqında müqavilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tələbatını təmin edən ən aşağı qiymət təklifi təqdim etmiş iddiaçı ilə bağlanacaqdır.
6. Kotirovka təklifi tələb olunan formada hazırlanaraq, üzərində hüquqi şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 25 avqust 2015-ci il, saat 17.00-dək AZ1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 (otaq 805) ünvanına təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
7. Kotirovka sorğusu ilə əlaqədar məlumat almaq üçün iddiaçılar 6-cı maddədə göstərilən ünvana müraciət edə bilərlər. Əlaqə telefonları: 490 24 08 (əlavə 242 və 208), faks: 490 33 59.
Tender Komissiyası