AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ


AÇIQ TENDER ELAN EDİR

Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) məlumat bazalarının yenilənməsi, qorunması, vaxtaşırı ehtiyat surətlərinin əldə edilməsi və ÜRİS-in təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə avadanlıq və proqram təminatlarının satın alınması
Tenderdə Server avadanlığının, lisenziyaların, proqram təminatlarının gətirilməsi və quraşdırılması sahəsində təcrübəsi və ixtisaslı işçi heyətinə malik nüfuzlu yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər
Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən bank hesabına köçürdükdən sonra tenderin Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Heydər Əliyev prospekti, 105 (Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi, otaq № 404 (tel.: (+99412) 565 41 85, e-mail: nyaqubov@emdk.gov.az) nömrəli ünvandan ala bilərlər.

İştirak haqqı 200 (iki yüz) manat


Emitent
Dövlət Xəzinədarlıq Agentliyi
Bank kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. bik: CTREAZ22
Alan
Əmlak Məsələləri Dövlət Komitəsi
VÖEN: 2000015631
Hesablaşma hesabı: AZ84CTRE00000000000002647970
Büdcə səviyyəsinin kodu – 7
Büdcə təsnifatının kodu – 142340


İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (iddiaçı bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
- iddiaçının son üç ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının analoji işlər (layihələr) üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
- digər sənədlər: tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd, habelə tenderin əsas şərtlər toplusunda göstərilən digər sənədlər.
İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
İddiaçılar tender təkliflərini bağlı, möhürlənmiş, imzalanmış zərflərdə 2 nüsxədə (“Əsli” və “Surəti”) təqdim etməlidirlər. Hər nüsxədə texniki və qiymət (maliyyə) təklifləri yerləşdirilir. İddiaçıların təkliflərinin “Əsli” və “Surəti” arasında fərqlər olduqda üstünlük üzərində “Əsli” sözü yazılmış nüsxəyə veriləcəkdir.
Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş, apostil olunmuş və notarial qaydada təsdiq edilmiş nüsxəsini mütləq əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 2 ay müddətində icra olunmalıdır.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
a) iddiaçının maliyyə göstəricilərinə dair tələblər;
b) görülən işlərə dair tələblər;
c) avadanlıqlar üzrə texniki tələblər.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 04 sentyabr 2015-ci il tarixə qədər (saat 17.00-dək), tender təklifini və tender təklifinin bank təminatını isə 15 sentyabr 2015-ci il tarixə qədər (saat 15.00-dək) Bakı şəhəri, Heydər Əliyev prospekti, 105 (otaq № 305) nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 15 sentyabr 2015-ci il tarixdə (saat 15.00-da) Bakı şəhəri, Heydər Əliyev prospekti, 105 (otaq № 309) nömrəli ünvanda açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.



Tender komissiyası