Tenderə dəvət

 

AZƏRBAYCAN RESPUBLİKASI ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN İNFORMASİYA TEXNOLOGİYALARI VƏ MƏLUMAT

İDARƏETMƏ MƏRKƏZİ AÇIQ TENDER ELAN EDİR 

Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhərindəki İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin (İTMİM) və Şamaxı şəhərindəki Ehtiyat Məlumat Mərkəzinin (EMM) binalarını təchiz etmək üçün avadanlıq və sistemlərin satın alınması

 

Tenderdə Server otaqlarının soyutma sistemi, avtomatlaşdırılmış yanğından mühafizə sistemi, iri ölçülü video nümayiş paneli sistemi, təhlükəsizlik-nəzarət sistemləri, rabitə-kommunikasiya sistemləri və kompüter-ofis texnikasının gətirilməsi və quraşdırılması sahəsində təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər.
Tender predmeti haqqında ətraflı məlumat Tenderin Əsas Şərtlər Toplusunda verilir. Tenderdə iştirak etmək istəyənlər 1000 (bir min) manat məbləğində iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra tenderin Azərbaycan dilində tərtib olunmuş Əsas Şərtlər Toplusunu Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 135 (köhnə ünvanı: Hüseyn Cavid prospekti, 31) (Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi, otaq № 609, tel.: (+99412) 510 84 71, faks: (+99412) 510 83 36, e-mail: aabdullayev@emdk.gov.az) ünvanından ala bilərlər.

Hesab№ AZ20AIIB33010019443701802107
VÖEN 1302005391
Kapital Bank 1s.Xətai f-ı
Kod: 200071
VÖEN:9900003611
Müxbir hesab: AZ81NABZ01350100000003001944
S.W.I.F.T. BIK AİIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 2.0 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (iddiaçı bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
7. İddiaçının son üç ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçının analoji işlər (layihələr) üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
9. İddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
10. Digər sənədlər: Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd, habelə Tenderin Əsas Şərtlər Toplusunda göstərilən digər sənədlər.


İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
İddiaçılar tender təkliflərini qapalı, möhürlənmiş, imzalanmış zərflərdə 2 nüsxədə ("Əsli" və "Surəti") təqdim etməlidirlər. Hər nüsxədə texniki və qiymət (maliyyə) təklifləri yerləşdirilir. İddiaçıların təkliflərinin "Əsli" və "Surəti" arasında fərqlər olduqda üstünlük üzərində "Əsli" sözü yazılmış nüsxəyə veriləcəkdir.
Azərbaycan Respublikasından olan iddiaçıların tenderdə iştirak etmək üçün təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş və notarial qaydada təsdiq edilmiş nüsxəsini əlavə etməlidirlər.
Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 2 ay müddətinə icra olunmalıdır.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 16 dekabr 2014-cü il tarixinə qədər (saat 17.00-dək), tender təklifini və tender təklifinin bank təminatını isə 24 dekabr 2014-cü il tarixinə qədər (saat 17.00-dək) Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 135 (köhnə ünvanı: Hüseyn Cavid prospekti, 31) (otaq № 609) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 25 dekabr 2014-cü il tarixində (saat 15.00-da) Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 135 (köhnə ünvanı: Hüseyn Cavid prospekti, 31) (otaq № 613) ünvanında açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender Komissiyası