Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elan olunan Şəki rayonunda kadastr məlumat bazasının hazırlanması üçün ölçmə işlərinin satın alınması üzrə kotirovka sorğusunda iştirakla bağlı dəvət
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elan olunan Şəki rayonunda kadastr məlumat bazasının hazırlanması üçün ölçmə işlərinin satın alınması üzrə kotirovka sorğusunda iştirakla bağlı
DƏVƏT
1. Azərbaycan Respublikaısnın Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.12.2012-ci il tarixli, 360s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının adından borcalan qismində çıxış edən Maliyyə Nazirliyi və KfW, Frankfurt am Main ("KfW") arasında Kredit Sazişi (Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi)", "Azərbaycan Respublikası adından qrantalan qismində çıxış edən Maliyyə Nazirliyi və KfW, Frankfurt am Main ("KfW") arasında Maliyyələşdirmə Sazişi (Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı layihəsi)", həmin kredit və maliyyələşdirmə sazişləri üzrə Xüsusi Razılaşma Sənədi çərçivəsində Şəki rayonunda kadastr məlumat bazasının hazırlanması üçün ölçmə işlərinin satın alınması məqsədi ilə kotirovka sorğusu elan edir.
2. Təkliflərə Kotirovka Sorğusunun Əsas Şərtlər Toplusu üzrə tələb olunan bütün sənədlər, o cümlədən təkliflərin formaları və qiymət cədvəlləri də əlavə edilməlidir.
3. Təklif edilən işlər üçün yalnız bir qiymət təklifi təqdim edilməlidir. Təkliflərə bütün zəruri xərclər (nəqliyyat, sığorta, vergi və sair) daxil edilməlidir. Təkliflərdə vergi, rüsum və digər ödənişlər ayrıca sətrdə göstərilməlidir.
4. Təkliflər qiymətləndirildikdən sonra hər satınalma müqaviləsi Əmlak Məsələləri Dövlət Komitəsinin tələbatına cavab verən texniki və qiymət təklifini təqdim etmiş iddiaçı ilə bağlanacaqdır (Əsas Şərtlər Toplusuna uyğun olaraq).
5. Satınalma prosesində qalib gəldiyiniz təqdirdə ödənişin aparılması qaydası Əsas Şərtlər Toplusunda nəzərdə tutulub.
6. Kotirovka sorğusu üzrə təkliflər (texniki və maliyyə) tələb olunan formada hazırlanaraq, üzərində şirkətinizin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərflərdə 13.06.2014-cü il tarixədək (saat 17.00) Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 ünvanına (otaq №510) təqdim olunmalıdır. Təkliflərə Əsas Şərtlər Toplusunda nəzərdə tutulmuş digər sənədlər də əlavə olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
7. Təkliflərin açılışı 16.06.2014-cü il tarixdə saat 15.00-da Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 (otaq №510) ünvanında keçiriləcəkdir. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
8. Kotirovka sorğusu ilə bağlı əlavə məlumat almaq üçün Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 ünvanına müraciət edə, yaxud tel: (+99412) 510 84 61, faks: (+99412) 510 84 63 vasitəsi ilə əlaqə saxlaya bilərsiniz (Əlaqələndirici şəxs: Ü.Təhməzli).
9. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi kotirovka sorğusu göndərməklə, eləcə də şirkətiniz kotirovka sorğusu üzrə təklifini təqdim etməklə üzərinə heç bir əlavə öhdəlik götürmür.