AZƏRBAYCAN RESPUBLİKASI
ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN
KEÇİRDİYİ KOTİROVKA SORĞUSU HAQQINDA

B İ L D İ R İ Ş


1. Kotirovka sorğusu üsulu ilə keçirilən dövlət satınalmasının məqsədi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Almaniyanın KfW inkişaf bankının dəstəyi ilə həyata keçirilən “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi çərçivəsində Gəncə şəhəri və Şəki rayonunda aidiyyəti işlərin aparılması üçün Samsung Google Nexus 10 32GB, ekran 10.1" (2560х1600) PLS, Multi-Touch / ARM Cortex A15 (1.7) / RAM 2 GB / SSD 32 GB / Wi-Fi / Bluetooth 4.0 / NFC / əsas kamera 5 Mp, frontal 1.9 Mp / ОС Android 4.2 (Jelly Bean) / 604 g + CASE spesifikasiyalı 17 (on yeddi) ədəd planşetin satın alınmasıdır.
2. Kotirovka sorğusunda 1-ci maddədə göstərilən malı tələb olunan spesifikasiyalara və miqdara uyğun təklif etmək iqtidarında olan yerli və xarici hüquqi şəxslər istirak edə bilərlər.
3. Kotirovka təklifini təqdim edərkən müvafiq kotirovka sənədləri, o cümlədən kotirovka təklifinin forması (nümunəsi 5-ci maddədə göstərilən ünvandan əldə edilə bilər) və qiymət cədvəli də əlavə edilməlidir.
4. 1-ci maddədə göstərilən mallar üçün yalnız bir qiymət kotirovkası təqdim edilməlidir. Təklif olunan malların qiyməti nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər daxil olmaqla Azərbaycan manatı ilə göstərilməlidir. Satınalma haqqında müqavilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tələbatını təmin edən ən aşağı qiymət təklifi təqdim etmiş iddiaçı ilə bağlanacaqdır.
5. Kotirovka təklifi tələb olunan formada hazırlanaraq, üzərində hüquqi şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 07 iyun 2014-cü il, saat 17.00-dək AZ1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 (otaq 805) ünvanına təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
6. Kotirovka sorğusu ilə əlaqədar məlumat almaq üçün iddiaçılar 5-ci maddədə göstərilən ünvana müraciət edə bilərlər. Telefon: 490 24 08 (əlavə 242 və 208), faks: 490 33 59.


Tender Komissiyası