Tenderə dəvət

       AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ  DÖVLƏT KOMİTƏSİ

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir

Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi işlərinin  satın alınması

Tenderdə inventarlaşdırma və rəqəmsal kadastr  xəritələrinin tərtibi, Cografi İnformasiya Sisteminin tətbiqi və idarə edilməsi, geodeziya, fotoqrammetriya və daşınmaz əmlakın kadastrı, rəqəmsal məlumat bazasının idarə edilməsi və rəqəmsal məkan məlumatlarının çatdırılması sahələrində 5 illik iş təcrübəsi olan, müasir geodeziya avadanlıqları, fotoqrammetriya avadanlığı və qrafiki çöl kompüter dəstindən istifadə etməyi bacaran işçi heyətinə malik nüfuzlu yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra azərbaycan dilində tərtib olunmuş Tenderin Əsas Şərtlər Toplusunu Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 (Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi, otaq  № 510, tel.: (+99412) 510 83 32, faks: (+99412) 510 84 63, e-mail: u.tahmazly@gmail.com) ünvanından ala bilərlər.

İştirak haqqı:  1 000 (bir min) manat  

Emitent

Dövlət Xəzinədarlıq AgentliyiKodu: 210005

Müxbir hesabı: AZE41NABZ01360100000000003944

VÖEN: 1401555071

S.W.İ.F.T.BIK.CTREAZ22

Alan

Əmlak Məsələləri Dövlət Komitəsi

H/h: AZE84CTRE00000000000002647970

VÖEN: 2000015631

Büdcə səviyyəsinin kodu:7

Büdcə təsnifatının kodu:142340

İştirak haqqı heç bir halda geri qaytarılmır. 

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  5. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (iddiaçı bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
  7. İddiaçının son üç ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının anoloji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
  9. İddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
  1.   Digər sənədlər: Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd,habelə Tenderin Əsas Şərtlər Toplusunda göstərilən digər sənədlər.

İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər. 

İddiaçılar tender təkliflərini qapalı, möhürlənmiş, imzalanmış ikiqat zərflərdə    2 nüsxədə ("Əsli" və "Surəti") təqdim etməlidirlər. İddiaçıların təkliflərinin "Əsli"  və "Surəti" arasında fərqlər olduqda üstünlük "Əsli" sözü yazılmış nüsxəyə veriləcəkdir.

 Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş, apostil olunmuş və notarial qaydada təsdiq edilmiş nüsxəsini mütləq əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.     

Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən    15  ay müddətinə  icra olunmalıdır.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

a) iddiaçı tərəfindən müvafiq işin yerinə yetirilməsinə dair təklif olunan üsullar, yanaşma;

b)  işin təşkili və idarə edilməsi ilə bağlı təkliflər;

c) iddiaçının bu sahədə iş təcrübəsi;

ç) təklif olunan işçi heyətinin peşəkarlığı, təcrübəsi və səriştəsi;

d) görüləcək işlərin dəyəri. 

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) "29" aprel 2014-cü il tarixinə qədər (saat 17.00-dək), tender təklifini və tender təklifinin bank təminatını isə "08" may 2014-cü il tarixinə qədər (saat 17.00-dək) Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 (otaq  № 510) ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.            

İddiaçıların təklifləri "12" may 2014-cü il tarixində (saat 15.00-da) Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 (otaq № 613) ünvanında açılacaqdır.           

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. 

                                                                                                                                 Tender Komissiyası