Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi açıq tenderə dəvət edir
AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 1 lot üzrə keçirilir::
lot 1 - Bakı şəhəri üzrə nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan lövhələrinin quraşdırılması işlərinin satın alınması
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 (otaq № 510)(Əlaqələndirici şəxs :Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin Hüquq və kadrlar şöbəsinin müdiri ÜlviyyəTəhməzli, telefon :+994 12 510 83 32) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 500 manat
Hesab: AZE84CTRE00000000000002647970
VÖEN 2000015631
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZE41NABZ01360100000000003944S.
W.İ.F.T: CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Tenderdə iştirak etmək üçün yazılı müraciət;
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Digər sənədlər: 5-ci bənddəki sənədlərin tərkibinə müvafiq sosial müdafiə orqanından arayış da əlavə olunmalıdır; 9-cu bəndə iddiaçının anoloji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər də əlavə olunmalıdır. Digər sənədlər: Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd,habelə Tenderin Əsas Şərtlər Toplusunda göstərilən digər sənədlər
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2014-03-18 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2014-04-03qədər Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 (otaq № 510) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2014-04-04 tarixində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 (otaq № 613) ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI