Post-kvalifikasiya mərhələsi üzrə təchizatçılar üçün tender elanı:

Azərbaycanda Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi

 
Post-kavalifikasiya mərhələsi üçün təkliflərin son təqdimat tarixi:
  24 yanvar 2014-cü il  (Bakı vaxtı ilə saat 12.00)

 

Ölkə:                            Azərbaycan Respublikası 

Sazişin nömrəsi:                     (BMZ No. 2004.6539.3 və BMZ No. 2004.7020.3) 

Gəncə şəhərində və Şəki rayonunda Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı

Layihəsi –   İcra mərhələsi

Tenderin predmeti: Layihə üzrə işlərin icrasına xidmət edən geodeziya avadanlarının  satın alınması 

Layihənin adı: Gəncə şəhərində və Şəki rayonunda Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi –   İcra mərhələsi

Müqavilə: Geodeziya avadanlıqlarının satın alınması

Alan orqan:     Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK)

Maliyyə mənbəyi: Almaniyanın KfW İnkişaf Bankı (KfW) və ƏMDK

Tenderin keçirilməsi zamanı tətbiq olunacaq Qaydalar: Hazırki tender "İnkişafda olan ölkələrlə maliyyə əməkdaşlığı çərçivəsində mallar və işlərinin satın alınması"  Qaydalarına uyğun aparılacaqdır (“Guidelines for the Procurement of Supply and Work Contracts under Financial Cooperation with Developing Countries” (see https://www.kfw-entwicklungsbank.de/Download-Center/PDF-Dokumente-Richtlinien/Vergabe-E.pdf)                                  

İştirakçılar yazılı müraciət etməklə Tenderin Şərtlər Toplusunu ingilis dilində Tender Komissiyasından əldə edə bilərlər. Tender Şərtlər Toplusu iştirakçılara elektron variantda təqdim ediləcəkdir. 

Layihə çərçivəsində görüləcək tədbirlər:  

Tender predmeti olan mallar “Gəncə şəhərində və Şəki rayonunda Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı – İcra mərhələsi” layihəsi çərçivəsində təchiz olunacaqdır.  

Hazırki tender elanı aşağıda göstərilmiş avadanlıqların/xidmətlərin təchizatını nəzərdə tutur: 

Avadanlıqların/xidmətlərintəchizatı

Təchiz olunacaq avadanlıqların/ xidmətlərin təsviri

Təchiz olunacaq avadanlıqların/xidmətlərinehtimal olunan sayı

Sahə kompüteri və Penmap encore/ya oxşar  Rəqəmsal Planşet (DPT) üçün lisenziyalaşdırılmış proqram təminatı daxil olmaqla GNSS ölçmə sistemləri

 

RTK – GNSS ölçmə sistemləri Rəqəmsal Planşet (DPT) adlandırılan DPT 2.0 versiyası ilə təmin edilmişdir. Bu, daşınan GNSS L1/L2/L5 qəbuledicisindən ibarətdir ki, bu qəbulediciyə digər məlumattoplayan qurğular qoşulmuş və sistematik qeydiyyat məqsədləri üçün üçün daşınmaz əmlakın kadastrı işlərində istifadə edilən Penmap encore və yaxud oxşar DTP çöl kompüter proqramı ilə  yüklənmişdir.

17

 

Tender şərtlərində göstərilən avadanlıqlar və xidmətlər standard texniki göstərcilərə malik olmaldır. Tələb olunan mallar birdəfəyə çatdırılmalıdır.

Tenderlə əlaqədar oxşar avadanlıqların təchiz edilməsi və xidmətlərin göstərilməsi sahələrində müvafiq təcrübəyə və lazımi şəraitə malik olan şirkətlər post-kvalifikasiya üzrə tender sənədlərinin əldə edilməsi üçün (ancaq ingilis dilində) Tender Komissiyasına müraciət edə bilərlər. Tender sənədlərinin əldə edilməsinə görə iştirak haqqı tutulmur. 

Post-kvalifikasiya mərhələsi üzrə tender sənədləri iştirakçılara yalnız e-mail vasitəsilə göndəriləcək. Komissiya sənədlərin İtirilməsinə və ya gec çatdırılmasına görə hər hansı öhdəlik daşımır. 

 

Əlaqələndirici şəxs:                Cənab Elşad Xanalibəyli

           Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK)

Tender Komissiyasının sədri

Bakı şəhəri, Xətai Rayonu

Y. Səfərov küçəsi, 20

                        Azərbaycan Respublikası

                        Email:  office@emdk.gov.az / ekhanalibayli@mail.ru

                        Fax:     (+99412) – 490 33 59

                        Telefon: (+99412) – 490 24 08 - Əlavə: 2-42