AZƏRBAYCAN RESPUBLİKASI ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN

KEÇİRDİYİ KOTİROVKA SORĞUSU HAQQINDA 

B İ L D İ R İ Ş 

1.     Kotirovka sorğusu üsulu ilə keçirilən dövlət satınalmasının məqsədi özəlləşdirməyə açılmış bəzi dövlət müəssisələrinin maliyyə sağlamlaşdırılmasına dair aşağıdakılar nəzərə alınmaqla təkliflərin hazırlanması üzrə xidmətlərin satın alınması üçün qiymətlərin təqdim edilməsidir:     

   - müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin təhlili;     

   - müəssisələrin öhdəliklərinin müvafiq sənədlər əsasında təhlilinin  aparılması;      

   - müəssisələrdə maliyyə restrukturizasiyası və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsinə dair təkliflərin hazırlanması.

  1.       Kotirovka sorğusunda 1-ci maddədə göstərilən xidmətləri yüksək keyfiyyətlə həyata keçirmək iqtidarında olan yerli və xarici hüquqi şəxslər istirak edə bilərlər.
  2.       Kotirovka təklifini təqdim edərkən müvafiq kotirovka sənədləri, o cümlədən kotirovka təklifinin forması (nümunəsi 5-ci maddədə göstərilən ünvandan əldə edilə bilər) və qiymət cədvəlləri də əlavə edilməlidir.
  3.       Kotirovka təklifi tələb olunan formada hazırlanaraq, üzərində hüquqi şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 19 iyul 2013-cü il, saat 17.00-dək AZ1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 20 (otaq 805) ünvanına təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
  4.       Kotirovka sorğusu ilə əlaqədar məlumat almaq üçün iddiaçılar 5-ci maddədə göstərilən ünvana müraciət edə bilərlər. Telefon:  490 24 08 (əlavə 2-42), faks: 490 33 59.

4.       1-ci maddədə göstərilən xidmətlər üçün yalnız bir qiymət kotirovkası təqdim edilməlidir. Təklif olunan xidmətin qiyməti nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər daxil olmaqla Azərbaycan manatı ilə göstərilməlidir. Satınalma haqqında müqavilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tələbatını təmin edən ən aşağı qiymət təklifi təqdim etmiş iddiaçı ilə bağlanacaqdır.