AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

İLKİN İXTİSAS UYĞUNLUĞUNA DAİR SEÇİM ELAN EDİR

                                                        

İstinad: Almaniyanın KfW Bankının “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi üzrə məsləhətçi seçiminə dair beynəlxalq açıq tender.

   

Məsləhət xidmətləri: 
Daşınmaz əmlakın idarəçiliyi sektoru

Maraq ifadələrinin son tarixi:

22 fevral 2013-cü il

                         

ÖlkəAzərbaycan Respublikası

Ref-N°: BMZ 2004.6539.3

İlkin ixtisas uyğunluğu (İİU)

Layihə İcra Agentliyi (LİA):Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi(ƏMDK)                                                      

Layihə üzrə tədbirlər:

Azərbaycan-Almaniya maliyyə əməkdaşlığı çərçivəsində Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid kadastrı vədaşınmaz əmlakın qeydiyyatını aparan təşkilat kimi Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) öz kadastr və qeydiyyat sisteminitəkmilləşdirmək üçün layihə həyata keçirməlidir. Bu layihə ələlxüsus daim yeniləşdirilə bilən rəqəmsal yerölçmə məlumat bazasının,özünü doğruldan müasir prosedurların, milli işçi heyətinin peşə hazırlığının, eləcə də özəl sektorun, müştəri məmnunluğunun inkişafetdirilməsinə və s. sahələrə yönəldilmişdir.

2011-ci ildə icra edilmiş ilkin Konsepsiya Fazasında tələb olunan bütün investiyaların mümkünlüyü və onlara dair tələbləronların hüquqi və metodoloji tələbləri ilə birgə artıq qiymətləndirilmişdir. Məsləhətçi xidmətləri tələb edilən bu layihənin icrasıbütövlükdə Gəncə şəhərini və Şəki rayonunu əhatə edir.

Tələb olunan məsləhət xidmətləri:

Layihə İcra Agentliyi olan ƏMDK layihənin Gəncə şəhəri və Şəki rayonunda icra edilməsini dəstəkləyən peşəkar məsləhətçi cəlb etmək niyyətindədir. Layihə çərçivəsində Azərbaycanda müasir kadastr və daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan zəruriməlumatlar yaradılacaqdır.

Layihə İcra Agentliyi üçün Məsləhətçi xidmətləri, digər öhdəliklərlə yanaşı, aşağıdakıları ehtiva etməlidir:

1. Sistematik kadastr xəritəçəkmə işləri və daşınmaz əmlakın qeydiyyatına hazırlıq;

2. Kənd təsərrüfatı yönümlü torpaq islahatı məlumatlarının sistematik yoxlanılması və qeydiyyatı;

3. Özəl sektorun kütləvi cəlb edilməsi, müasir avadanlıqlara malik trenerlərin treninqi;

4. İlkin qeydiyyat prosesinin sadələşdirilməsi;

5. (a) hədəf qruplarının, (b) prosedurların və təsir təhlillərinin ilkin icmalı.

Bütün əməli fəaliyyət Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin həyata keçirdiyi Dünya Bankı tərəfindənmaliyyələşdirilən Daşınmaz Əmlak və Qeydiyyat Layihəsi (DƏQL) ilə sıx əlaqələndirilməlidir.

Layihə beynəlxalq və yerli mütəxəssislərin cəlb edilməsi ilə təxminən 30 aylıq dövrü əhatə edəcəkdir. Özəl mərzçəkmə şirkətləriəvvəlcə treninqlər vasitəsilə hazırlanacaq, sonra isə sahəvi işlərin icrası üçün onlarla müqavilələr imzalanacaqdır.

Məsləhətçi xidmətlərinin ilkin ixtisas uyğunluğu “Maliyyə Əməkdaşlıq Layihələrində məsləhətçinin təyin edilməsinə dair Təlimatlar”ın sonuncu versiyasına müvafiq aparılacaqdır (KfW inkişaf bankının ana səhifəsinə müraciət edin: www.kfw-entwicklungsbank.de). Nəzərdə tutulur ki, xidmətlərin icrası daşınmaz əmlakın idarəçiliyi (kadastr və daşınmaz əmlakın qeydiyyatı) sahəsində regionda müvafiq iş təcrübəsinə malik müstəqil məsləhətçiyə həvalə ediləcəkdir. İddiaçının son üç il ərzində illik dövriyyəsi 2.500.000 avro məbləğindən az olmamalıdır.

Daha ətraflı məlumat: marağın ifadə edilməsi üçün detallar yuxarıda göstərilən ünvan üzrə Layihə İcra Agentliyinə müraciətdən asılı olaraq təqdim ediləcəkdir.

Marağın ifadəsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Tender Komissiyasına müraciət edə bilərsiniz.

Əlaqələndirici şəxs – Elşad Xanəlibəyli.

Azərbaycan Respublikası,AZ1025, Bakı şəhəri, Xətai rayonu,Yusif Səfərov küçəsi, 20

            e-mail: office@emdk.gov.az  ; ekhanalibayli@mail.ru 

            Tel.: 012 490 24 08 (2-42)