Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi açıq tenderə dəvət edir
Tenderə dəvət
AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ
AÇIQ TENDERƏ DƏVƏT EDİR
Tender 1 lot üzrə keçirilir
Bakı şəhəri üzrə nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan lövhələrinin quraşdırılması işlərinin satın alınması
Tenderdə şəhər təsərrüfatında tikinti-quraşdırma, təmir, dizayn-quraşdırma, fasad görünüşü, abadlaşdırma və landşaft işləri ilə məşğul olan, nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan lövhələrinin quraşdırılması üçün zəruri texnikaya və avadanlıqlara, müvafiq iş təcrübəsinə, maliyyə və kadr-mütəxəssis imkanlarınamalik hüquqi şəxslər iştirak edə bilərlər.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra azərbaycan dilində tərtib olunmuş Tenderin Əsas Şərtlər Toplusunu Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 (Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi, otaq № 510, tel.: (+99412) 510 83 32, faks: (+99412) 510 84 63, e-mail: u.tahmazly@gmail.com) ünvanından ala bilərlər.
İştirak haqqı: 600 (altı yüz) manat
Emitent
Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
Müxbir hesabı: AZE85NABZ01360100000003003944
VÖEN: 1401555071S.W.İ.F.T.BIK.CTREAZ22
Alan
Əmlak Məsələləri Dövlət Komitəsi
H/h: 2647970
VÖEN: 2000015631
Büdcə səviyyəsinin kodu:7
Büdcə təsnifatının kodu:142340
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9. Digər sənədlər: Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd,habelə Tenderin Əsas Şərtlər Toplusunda göstərilən digər sənədlər.
İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
İddiaçılar texniki və maliyyə təkliflərini ayrı-ayrı qapalı, möhürlənmiş və imzalanmış ikiqat zərflərdə 2 nüsxədə ("Əsli" və "Surəti") təqdim etməlidirlər. İddiaçıların təkliflərinin "Əsli" və "Surəti" arasında fərqlər olduqda üstünlük "Əsli" sözü yazılmış nüsxəyə verilir.
Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş, apostil olunmuş və notarial qaydada təsdiq edilmiş nüsxəsini mütləq əlavə etməlidirlər.Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 10 ay müddətinə icra olunmalıdır.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- iddiaçı tərəfindən müvafiq işin yerinə yetirilməsinə dair təklif olunan üsullar, yanaşma, işin təşkili və idarə edilməsi ilə bağlı təkliflər;
- iddiaçının bu sahədə iş təcrübəsi və ixtisas tələblərinə uyğunluğu;
- təklif olunan işçi heyətinin peşəkarlığı, təcrübəsi və səriştəsi;
- görüləcək işlərin dəyəri.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri və texniki təklifləri (maliyyə təklifi və bank təminatı istisna olmaqla) “22” fevral 2013-cü il tarixinə qədər (saat 17.00-dək), maliyyə təklifini və bank təminatını isə “04” mart 2013-cü il tarixinə qədər (saat 17.00-dək) Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 (otaq № 510) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri “05” mart 2013-cü il tarixində (saat 11.00-da) Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 (otaq № 613) ünvanında açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.