Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirməyə açılmış kənd təsərrüfatı məhsullarının emalı sahəsinə aid dövlət müəssisələrinin özəlləşdirilməsi prosesinə məsləhətçi xidmətlərinin cəlb edilməsi üzrə açıq tender elan edir
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirməyə açılmış
kənd təsərrüfatı məhsullarının emalı sahəsinə aid dövlət müəssisələrinin
özəlləşdirilməsi prosesinə məsləhətçi xidmətlərinin cəlb edilməsi üzrə açıq tender elan edir
1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən açıq tenderin əsas məqsədi özəlləşdirilməyə açılmış kənd təsərrüfatı məhsullarının emalı sahəsinə aid dövlət müəssisələrinin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na əsasən satışı üzrə keçiriləcək investisiya müsabiqələrininşərtlərinə dair təkliflərin hazırlanması üçün məsləhətçinin seçilməsidir.
2. Tenderdə müəssisələrin qiymətləndirilməsi və satışının təşkili sahəsində institusional və maliyyə məsləhətçisi xidmətlərinin göstərilməsi üzrə uğurlu təcrübəyə malik olan yerli və xarici hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
3. Satın alınacaq xidmətlərə dair tələblər:
- tenderin Əsas Şərtlər Toplusunda müəyyən edilmiş müəssisələrin əsas vəsaitlərinin və onların bizneslərinin bazarqiymətlərinə uyğun qiymətləndirilməsi;
- tenderin Əsas Şərtlər Toplusunda müəyyən edilmiş hər bir müəssisənin satışı üzrə keçiriləcək investisiya müsabiqəsi zamanıinvestorlara qarşı qoyulacaq şərtlərə (investisiya yatırımının istiqamətləri, müəssisənin fəaliyyət profilinin dəyişdirilməsinə məhdudiyyətlərin qoyulub-qoyulmaması, işçilərin ixtisarına məhdudiyyətlərin qoyulması və əlavə iş yerlərinin yaradılması, ətraf mühitin qorunması və s.) dair əsaslandırılmış tövsiyələrin təqdim edilməsi.
4. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- göstəriləcək xidmətlərin dəyəri;
- iddiaçının bu sahədə əvvəlki iş təcrübəsi və nüfuzu;
- iddiaçı tərəfindən təklif olunan iş planı və iş planının yerinə yetirilməsi metodları;
- təklif olunan işçi heyətinin ixtisası, təcrübəsi və səlahiyyətləri.
5. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi;
- iddiaçının tam adı, ünvanı, hüquqi statusunu təsdiq edən sənəd (surəti), dövlət qeydiyyatından keçdiyi ölkə və bank rekvizitləri;
- əsas fəaliyyət yeri;
- tender təklifinin təminatını təsdiq edən sənəd (bank qarantiyası);
- tender təklifini imzalamaq hüququnun olması haqqında vəkalətnamə;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən balans göstəricilərinə əsasən verilmiş arayış (bu sənədə iddiaçının maliyyə vəsaitlərindən istifadə etmək imkanını təsdiq edən məlumatlar daxil edilməlidir).
6. Tender təklifinin bank təminatı tender təklifinin dəyərinin 2 (iki) %-indən az olmamalıdır.
7. Müqavilə öhdəliklərini yerinə yetirmək üçün iddiaçı lazımi texniki və maliyyə imkanlarına malik olmalıdır.
8. İddiaçılar tenderin Əsas Şərtlər Toplusunu 23 avqust 2010-cu il tarixindən etibarən iş günləri saat 10.00-dan 17.30-dək aşağıdakı ünvandan ala bilərlər: Bakı şəhəri, Y.Səfərov küçəsi, 20. Əmlak Məsələləri Dövlət Komitəsi, otaq № 810.
9. Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib edilmişdir.
10. Tenderin Əsas Şərtlər Toplusunu almaq və iştirakçı statusunu əldə etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin aşağıdakı manat hesabına 250 (iki yüz əlli) manat məbləğində vəsait ödəmək tələb olunur.
A1. Emitent (ödəyən) bank
Adı: Kapital Bank 1 saylı Xətai filialı
Kodu: 200071
Müxbir hesabı: 0137010001944
VÖEN: 9900003611
S. W.İ.F.T. bik: AIIBAZ2X
A2. Ödəyən müştəri
Adı: 4 saylı Xəzinədarlıq İdarəsi
Hesab: № 32050019443700201107
VÖEN: 2001462101
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
11. İddiaçılar yuxarıda göstərilən tender sənədlərini (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 27 sentyabr 2010-cu il saat 17.30-a qədər, tender təklifini isə 06 oktyabr 2010-cu il saat 17.30-a qədər 8-ci bənddə göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Zərflərin açılışı iddiaçıların və ya onların nümayəndələrinin iştirakı ilə 07 oktyabr 2010-cu il tarixində saat 15.00-da həyata keçiriləcəkdir.
12. Tender proseduru ilə bağlı əlavə məlumat əldə etmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinə (otaq № 810) müraciət etmək olar. Tel.: 490-24-08 (əlavə – 242).