Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi Bakı şəhəri, Arif Heydərov küç, 13 ünvanında yerləşən beşmərtəbəli binanın yenidən qurulması və əsaslı təmiri ilə bağl
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi Bakı şəhəri, Arif Heydərov küç, 13 ünvanında yerləşən beşmərtəbəli binanın yenidən qurulması və əsaslı təmiri ilə bağlı işlərin satın alınması məqsədi ilə açıq tender elan edir.
- Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin balansına verilmiş Bakı şəhəri, Arif Heydərov küçəsi, 13 ünvanında yerləşən beşmərtəbəli binanın yenidən qurulması və əsaslı təmiri bu tenderin predmetini təşkil edir.
- İşlərin tərkibi:
2.1. zəruri mal və materialların alınması, yenidənqurma və əsaslı təmir işlərinin həyata keşirilməsi;
2.2. avadanlıqların alınması və quraşdırılması.
- Tenderdə iştirak etmək üşün iddiaçılar aşağıdakı sənədləri 23 oktyabr 2009-cu il tarixinədək Tender Komissiyasına (ünvan: AZ1154,Bakı şəhəri, Zeynal Xəlil küşəsi, 11a, otaq 5 ) təqdim etməlidirlər:
- 1. tenderdə iştirak etmək üçün ərizə;
3.2. iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3.3. Azərbaycan Respublikasında son üç il ərzində fəaliyyəti barədə məlumat;
3.4. tender təklifi (zərflərin acıldığı tarixdən etibarən ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
3.5. tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank qarantiyası (zərflərin açıldığı tarixdən etibarən ən azı 60 (altmış) bank günüqüvvədə olmalıdır).
4. Tender təkliflərində iddiaçılar tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icramüddətini, dəyərini, hesablaşma formasını göstərməlidirlər.
5. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər bir zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.
6. İddiaçı təqdim etdiyi sənədlərdə özünün tam adını, ünvanını, hüquqi statusunu, bank rekvizitlərini, əsas fəaliyyət yerini göstərməlidir.
7. Tenderin Əsas Şərtlər Toplusunu almaq və müsabiqədə iştirak etmək üşün aşağıdakı hesablaşma hesabına 200 (iki yüz) manatməbləğində vəsait ödəmək tələb olunur:
Adi: ASC «Xalq Bank»
Kodu: 505055
VÖEN 2000296061
Müxbir hesab 013 701 0067 944
S.W.I.F.T. Bik HAJCAZ 22 AZN
“AR ƏMDKY Daşınmaz Əmlakın Dövlət
Adı: Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi
Hesab №-si NCHR 000014 AZM 00
VÖEN 1500067091
8. İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır, tender
təklifinin hazırlanması ilə əlaqədar bütün xərclər müsabiqə iştirakçısına aiddir.
9.Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- mal və materialların, habelə görüləcək işlərin minimal qiyməti və yüksək keyfiyyəti;
- iddiaçının müvafiq icra potensialına malik olması;
- işlərin icra müddəti.
10. Tender proseduru ilə bağlı əlavə məlumat əldə etmək üşün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin
Bakı Şəhər Ərazi İdarəsinə (otaq 5) müraciət etmək olar. Tel.: 514-08-22 (əlavə 110 ), e-mail: vuqar-bashirov@mail.ru
11. Zərflərin açılışı 04 noyabr 2009-cu il tarixində saat 11.00-dan başlayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri DövlətKomitəsinin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin inzibati binasında həyata keçiriləcəkdir. Ünvan: AZ1154, Bakı şəhəri,Zeynal Xəlil küşəsi, 11a.
12. Tender «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir.