AZƏRBAYCAN RESPUBLİKASIƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN

KOTİROVKA SORĞUSUNDA İŞTİRAK ETMƏK ÜÇÜN

D Ə V Ə T

1. Siz Əlavə 1-də göstərilən xidmətlərin satın alınması üçün xidmət qiymətinin elan olunmasına dəvət edilirsiniz.

2. Xidmət qiymətinə dair təklif təqdim edərkən qiymət cədvəli (Əlavə 1) və xidmət təklifinin forması (Əlavə 2) ilə yanaşı, şirkətinizə dairətraflı məlumat da əlavə edilməlidir.

3. Haqqında xidmət təklifi təqdim edilməli olan obyektə dair məlumat Əlavə 3-də göstərilmişdir.

4. Əlavə 1-də göstərilən xidmətlər üçün yalnız bir qiymət təklifi təqdim edilməlidir. Təklif olunan xidmətlərin qiyməti vergilər daxilolmaqla göstərilməlidir. Satınalma haqqında müqavilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin tələbatını təminedən və xidmətlərə görə ən aşağı qiymət təklifi təqdim etmiş iddiaçı ilə bağlanacaqdır.

  1.  Satınalma prosesində qalib gəldiyiniz təqdirdə göstəriləcək xidmətlərə görə ödəniş «müvəffəqiyyətə görə ödəniş» qaydası ilə həyatakeçiriləcəkdir və nəzərə alınmalıdır ki, Əlavə 1-də göstərilən Binanın satış qiyməti 1.000.000 avro dəyərində müəyyən edilmişdir.
  2.  Xidmətlərə görə qiymət təklifləri tələb olunan formada Azərbaycan, rus və ya ingilis dilində hazırlanaraq, 15 avqust 2009-ci iltarixinədək aisayev@emdk.gov.az elektron ünvanına (mövzu bölümündə «Berlindəki daşınmaz əmlakın satışı» sözləri qeyd edilməklə)və 30 avqust 2009-cu il tarixinədək üzərində şirkətinizin (və ya fiziki şəxsin) adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdəAzərbaycan Respublikası, AZ1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 20 ünvanına təqdim olunmalıdır. Bu tarixlərdən gec göndərilənelektron məlumatlar nəzərə alınmayaçaq, gec daxil olan zərflər isə açılmadan geri qaytarılacaqdır.
  3.  Kotirovka sorğusu ilə əlaqədar əlavə məlumat almaq üçün iddiaçılar 6-cı maddədə göstərilən ünvana müraciət edə bilərlər.Əlaqələndirici şəxs – Azər Bəşirov. Telefon: +99412 490-24-08 (əlavə 2-42), faks: +99412 490-33-59, azer.bashirov@hotmail.com
  4.  Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi kotirovka sorğusunda iştirak etmək üçün dəvət göndərməklə vəşirkətiniz (və ya fiziki şəxs) xidmətlərə görə qiymət təklifi təqdim etməklə öz üzərinə heç bir əlavə öhdəlik götürmür.
  5.  Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi təqdim olunacaq təkliflərin üçüncü tərəflərə açıqlanmamasına təminatverir.

Əlavə 1    

Xidmətlərin qiymət cədvəli 

Satıcı (sifarişçi)  – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin yerləşdirilməsi üçün alınmış Berlin şəhəri, Hoffmanstrasse, 11 ünvanında yerləşən binanın (bundan sonra– Bina) satışı məqsədi ilə:

Sırasayı

  Xidmətin adı

 Xidmətin həyata keçirilməsininmaksimal müddəti (satınalmamüqaviləsi imzalandığı tarixdənetibarən) 

1. Binanın optimal satış üsuluna dair təkliflərin sifarişçiyə təqdimedilməsi  5 gün*
2. Binanın satışı ilə bağlı qiymətləndirmə hesabatınınhazırlanması və sifarişçiyə təqdim edilməsi  10 gün
3. Potensial alıcıların tapılması, onlar barədə, eləcə də onlarınsatışla bağlı təkliflərinə dair məlumatların sifarişçiyə mütəmadiçatdırılması  satınalma müqaviləsinin şərtlərinəmüvafiq olaraq  
4. Satışın təşkili (təşkilati işlər) satınalma müqaviləsinin şərtlərinəmüvafiq olaraq  
5. Satış əqdinin rəsmiləşdirilməsi işində satıcıya köməklikgöstərilməsi  satınalma müqaviləsinin şərtlərinəmüvafiq olaraq  
 Yuxarıda göstərilən xidmətlərin həyatakeçirilməsinə görə ___________ (şirkətin və yafiziki şəxsin adı) binanın satış qiymətinin ____ faizi(rəqəmlə və sözlə göstərməli) miqdarında xidməthaqqı (və ya digər üsulla) istəyir. ________ (şirkətin və ya fiziki şəxsin adı) anlayır ki, o, özxidmət haqqını Bina satıldığı zaman əldəedəcəkdir. 

 

       

 

İmzalayan şəxsinvəzifəsi __________________

Soyadı, adı, atasının adı ___________________

                   Möhür yeri ___________________  


 * gun – təqvim günü                Əlavə 2 Xidmət təklifinin forması    Tarix:               _________________________   Kimə:                Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə     Hörmətli cənablar!   Biz, ____________________________, (təklifi verən şirkətin və ya fiziki şəxsin adı) sizin göndərdiyiniz kotirovka sorğusunu tamöyrənərək satın alınan xidmətləri aşağıdakı ümumi qiymətlə təklif edirik:Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin yerləşdirilməsi üçün alınmış Berlin şəhəri,Hoffmanstrasse, 11 ünvanında yerləşən binanın satış qiymətinin ____ faizi (rəqəmlə və sözlə göstərməli) miqdarında.Bizim təklifimizi qəbul etdiyiniz təqdirdə xidmətlərin qiymət cədvəlində göstərilən qrafikə uyğun yerinə yetirməyi öz öhdəmizə götürürükvə qeyd edilmiş ödəmə qaydası ilə razıyıq. Biz başa düşürük ki, siz aldığınız ən aşağı dəyəri olan xidmət təklifini və ya ümumiyyətlə, təkliflərdən hər hansı birini qəbul etməyəborclu deyilsiniz.Rəsmi satınalma müqaviləsi imzalanana qədər bu xidmət təklifi «___» ___________ 2009-cu il tarixinə qədər qüvvədə qalacaqdır.    «___» __________ 2009-cu il tarixində imzalanmışdır.    İmzalayan şəxsin vəzifəsi                                   ____________________________  Soyadı, adı, atasının adı                                     ____________________________  İmza                                                                ____________________________       Əlavə 3    Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin yerləşdirilməsi üçün alınmış Berlin şəhəri, Hofmanstrasse, 11 ünvanında yerləşən bina (bundan sonra – Bina) haqqındaM Ə L U M A T       

Ünvan Berlin şəhəri, Hofmanstrasse, 11 
Binanın inşası müddəti 1889 – 1901-ci illər 
Binanın istifadəyə verilmə tarixi 1906-cı il 
Binada mərtəbələrin sayı 3 + mansard + birmərtəbəli zirzəmi 
Binanın ümumi tikili sahəsi 1.839,2 m2 
Binanın torpaq sahəsi 1.709 m2 
Binanın memarlıq binaları siyahısına salınması haqqında qeyd Berlin senatının rəsmi nəşrinin 2613-cü səhifəsi 
Bina ilə bağlı çəkilən xərclər 1.083.253,95 avro 
Binanın balans dəyəri 785.520,59 avro