Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi özəlləşdirilmiş müəssisələrin investisiyaların cəlb edilməsi əsasında maliyyə potensialının artırılmasının dəstəklənməsi məqsədi ilə xidmətlərin satın alınması üzrə açıq tende
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT ƏMLAKININ İDARƏ RDİLMƏSİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
ÖZƏLLƏŞDİRİLMİŞ MÜƏSSİSƏLƏRİN İNVESTİSİYALARIN CƏLB EDİLMƏSİ ƏSASINDA MALİYYƏ POTENSİALININARTIRILMASININ DƏSTƏKLƏNMƏSİ MƏQSƏDİ İLƏ XİDMƏTLƏRİN SATIN ALINMASI ÜZRƏ
AÇIQ TENDER ELAN EDİR
1. «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən açıq tenderin predmeti özəlləşdirilmiş müəssisələrin investisiyaların cəlb edilməsi əsasında maliyyə potensialının artırılmasının dəstəklənməsi ilə bağlı xidmətlərin satın alınmasıdır.
2. Tenderdə müvafiq təcrübəyə malik olan hüquqi şəxslər iştirak edə bilərlər.
3. Dəstək tədbirləri tenderin qalibi tərəfindən seçiləcək müvafiq sahələr üzrə özəlləşdirilmiş müəssisələri əhatə etməlidir.
4. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- göstəriləcək xidmətlərin dəyəri;
- təklif olunan işçi heyətinin ixtisası və təcrübəsi;
- iddiaçı tərəfindən təklif olunan iş planı və iş planının yerinə yetirilməsi metodları;
- iddiaçının bu sahədə əvvəlki iş təcrübəsi və nüfuzu.
5. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (30 bank günü qüvvədə olmalıdır);
- iddiaçının tam adını, ünvanını, hüquqi statusunu təsdiq edən sənədlər;
- tender təklifinin təminatını təsdiq edən sənəd (bank qarantiyası).
6. Tender təklifinin bank qarantiyası tender təklifinin dəyərinin 2 (iki) faizi həcmində olmalı və 60 (altmış) bank günü qüvvədə olmalıdır.
7. Müqavilə öhdəliklərini yerinə yetirmək üçün iddiaçı müvafiq kadr potensialı, habelə texniki və maliyyə imkanlarına malik olmalıdır.
8. İddiaçılar tenderin Əsas Şərtlər Toplusunu 25 iyun 2008-ci il tarixindən etibarən iş günləri saat 10.00-dan 18-00-dək aşağıdakı ünvandan ala bilərlər: Bakı şəhəri, Y.Səfərov küçəsi, 20. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, otaq 814.
9. Tenderin Əsas Şərtlər Toplusunu almaq və iştirakçı statusunu əldə etmək üçün Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin aşağıdakı manat hesabına 500 (beş yüz) manat məbləğində vəsait ödəmək tələb olunur.
A1. Emitent (ödəyən) bank
Adı: Kapital bankın 1 saylı Xətai filialı
Kodu: 200071
Müxbir hesabı: 0137010001944
VÖEN: 9900003611
S.W.İ.F.T. bik: AIIBAZ2X
A2. Ödəyən müştəri
Adı: Xətai YXO
Hesab: 32050019443700201107
VÖEN: 2000312781
10. İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
11. İddiaçılar yuxarıda göstərilən tender sənədlərini (tender təklifi və tender təklifinin bank qarantiyası istisna olmaqla) 28 iyul2008-ci il saat 18.00-a qədər, tender təklifini və tender təklifinin bank qarantiyasını isə 07 avqust 2008-ci il saat 18.00-a qədər göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Ünvan: AZ1025, Bakı şəhəri, Y. Səfərov küç. 20, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi otaq 805.
12. Zərflərin açılışı iddiaçıların və ya onların nümayəndələrinin iştirakı ilə 08 avqust 2008-ci il tarixində saat 10.30-dan başlayaraq Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin inzibati binasında həyata keçiriləcəkdir. Ünvan: AZ1025, Bakı şəhəri, Y. Səfərov küç. 20, otaq 310.
13. Tender proseduru ilə bağlı əlavə məlumat əldə etmək üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etmək olar. Telefon: +99412 4902408 (əlavə 218, 150), faks: +99412 4903359.