Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi kompyuter avadanlıqlarının alınması məqsədilə açıq tender elan edir
Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi
kompyuter avadanlıqlarının alınması məqsədilə
açıq tender elan edir
Tender keçirən: Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi.
Ünvan: AZ1025, Bakı şəhəri, Y. Səfərov küçəsi, 20.
Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən kompyuter avadanlıqlarının satın alınması açıq tenderin predmetini təşkil edir.
1. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 iyul 2008-ci il tarixinədək Tender Komissiyasına (ünvan: AZ1025, Bakı şəhəri, Y. Səfərov küçəsi, 20, otaq 810) təqdim etməlidirlər:
1.1. tenderdə iştirak etmək üçün ərizə;
1.2. iştirak haqqının ödənilməsi barədə bank sənədi;
1.3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməmiş, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
1.4. iddiaçının iqtisadi fəaliyyəti (işinin əsas istiqamətləri) barədə məlumat;
1.5. iddiaçının son maliyyə ilini əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatı və müvafiq auditor rəyi;
1.6. tender təklifini imzalamaq hüququnun olması haqqında vəkalətnamə.
2. Aşağıdakı sənədlər 31 iyul 2008-ci il tarixinədək Tender Komissiyasına təqdim edilməlidir:
2.1. tender təklifi (zərflərin açıldığı tarixdən etibarən ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır)
2.2. tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank qarantiyası (zərflərin açıldığı tarixdən etibarən ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır).
3. Tender təkliflərində iddiaçılar tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən malların çatdırılmasının texniki cəhətlərini, icra müddətini, malların dəyərini, hesablaşma formasını göstərməlidirlər.
4. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər bir zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.
5. İddiaçı təqdim etdiyi sənədlərdə özünün tam adını, ünvanını, hüquqi statusunu, bank rekvizitlərini, əsas fəaliyyət yerini göstərməlidir.
6. Tenderin Əsas Şərtlər Toplusunu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı hesablaşma hesabına 1000 (bir min) manat məbləğində vəsait ödəmək tələb olunur:
B1. Benefisiar (alan) bank
Adı: «Kapital Bank» ASC-nin 1 saylı Xətai filialı
Kodu: 200071
Müxbir hesabı: 0137010001944
VÖEN: 9900003611
S.W.İ.F.T. bik: AIIBAZ2X
B2. Alan müştəri
Adı: Xətai YXO
Hesab nömrəsi: 132050000
VÖEN: 2000312781
7. İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
8. Tender proseduru ilə bağlı əlavə məlumat əldə etmək üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə (otaq 810) müraciət etmək olar. Tel.: 490-24-08 (əlavə 242, 281), faks: 490-33-59, e-mail: office@stateproperty.gov.az
9. Zərflərin açılışı 01 avqust 2008-ci il tarixində saat 11.00-dan başlayaraq Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin inzibati binasında həyata keçiriləcəkdir. Ünvan: AZ1025, Bakı şəhəri, Y. Səfərov küçəsi, 20, otaq 310.
10. Açıq tender «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir.