AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT ƏMLAKININ İDARƏ EDİLMƏSİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ EMALI SAHƏSİNDƏ ÖZƏLLƏŞDİRİLMİŞ MÜƏSSİSƏLƏRİN

DƏSTƏKLƏNMƏSİ MƏQSƏDİ İLƏ XİDMƏTLƏRİN SATIN ALINMASI ÜZRƏ

  

AÇIQ TENDER ELAN EDİR  

1. «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən açıq tenderin  predmeti kənd təsərrüfatı məhsullarının emalı sahəsində özəlləşdirilmiş müəssisələrin dəstəklənməsi ilə bağlı xidmətlərin satın alınmasıdır.

2. Tenderdə müvafiq təcrübəyə malik olan hüquqi şəxslər iştirak edə bilərlər. 

3.  Dəstək tədbirləri tenderin qalibi tərəfindən seçiləcək özəlləşdirilmiş kənd təsərrüfatı məhsullarının emalı müəssisələrini əhatə etməlidir. 

4. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-          göstəriləcək xidmətlərin dəyəri;

-          təklif olunan işçi heyətinin ixtisası və təcrübəsi;

-          iddiacı tərəfindən təklif olunan iş planı və iş planının yerinə yetirilməsi metodları;

-          iddiaçının bu sahədə əvvəlki iş təcrübəsi və nüfuzu.  

5. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

-          tenderdə iştirak etmək üçün ərizə;

-          iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-          tender təklifi;

-          iddiaçının tam adını, ünvanını, hüquqi statusunu təsdiq edən sənədlər;

-          tender təklifinin təminatını təsdiq edən sənəd (bank qarantiyası).   

6. Tender təklifinin bank qarantiyası tender təklifinin dəyərinin 2 (iki) faizindən az olmamalı və 05 sentyabr 2008-ci il tarixinədək qüvvədə olmalıdır. 

7. Müqavilə öhdəliklərini yerinə yetirmək üçün iddiaçı müvafiq kadr potensialı, habelə texniki və maliyyə imkanlarına malik olmalıdır. 

8. İddiaçılar tenderin Əsas Şərtlər Toplusunu 12 iyun 2008-ci il tarixindən etibarən iş günləri saat 10.00-dan 18-00-dək aşağıdakı ünvandan ala bilərlər: Bakı şəhəri, Y.Səfərov küçəsi, 20. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, otaq 814.  

9. Tenderin Əsas Şərtlər Toplusunu almaq  və iştirakçı statusunu əldə etmək üçün Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin aşağıdakı manat hesabına 1000 (min) manat məbləğində vəsait ödəmək tələb olunur.

A1. Emitent (ödəyən) bank

Adı: Kapital bankın 1 saylı Xətai filialı

Kodu: 200071

Müxbir hesabı: 0137010001944

VÖEN: 9900003611

S.W.İ.F.T. bik: AIIBAZ2X   

A2. Ödəyən müştəri

Adı: Xətai YXO

Hesab: 32050019443700201107

VÖEN: 2000312781

10. İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. 

11. İddiaçılar yuxarıda göstərilən tender sənədlərini (tender təklifi və tender təklifinin bank qarantiyası istisna olmaqla) 18 iyul2008-ci il saat 18.00-a qədər, tender təklifini və tender təklifinin bank qarantiyasını isə 28 iyul 2008-ci il saat 18.00-a qədər göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Ünvan: AZ1025, Bakı şəhəri, Y. Səfərov küç. 20, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi otaq 805.

12. Zərflərin açılışı iddiaçıların və ya onların nümayəndələrinin iştirakı ilə 29 iyul 2008-ci il tarixində saat 10.00-dan başlayaraq Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin inzibati binasında həyata keçiriləcəkdir. Ünvan: AZ1025, Bakı şəhəri, Y. Səfərov küç. 20, otaq 310. 

13. Tender proseduru ilə bağlı əlavə məlumat əldə etmək üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etmək olar. Telefon: +99412 4902408 (əlavə 218, 150), faks: +99412 4903359.