AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT ƏMLAKININ İDARƏ EDİLMƏSİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ 

BAKI ŞƏHƏRİ, XAQANİ KÜÇƏSİ, 27 ÜNVANINDAKI AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQININ YERLƏŞDİYİ BİNANIN ƏSASLI  TƏMİRİ İLƏ BAĞLI İŞLƏRİN SATIN ALINMASI ÜZRƏ

AÇIQ TENDER ELAN EDİR

     

1. «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən açıq tenderin  predmeti Bakı şəhəri, Xaqani küçəsi, 27 üvanındakı binanın əsaslı təmir  işlərinin satın alınmasıdır.

2. Tenderdə müvafiq təcrübəyə malik olan hüquqi şəxslər iştirak edə bilərlər.

3. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- görüləcək işlərin dəyəri;

- təklif olunan işçi heyətinin ixtisası və təcrübəsi;

-  iddiacı tərəfindən təklif olunan iş planı və iş planının yerinə yetirilməsi metodları;

-  iddiaçının bu sahədə əvvəlki iş təcrübəsi və nüfuzu.

4. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

-  tenderdə iştirak etmək üçün ərizə;

-  iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-  tender təklifi;

-  iddiaçının tam adını, ünvanını, hüquqi statusunu təsdiq edən sənəd;

-  tender təklifinin təminatını təsdiq edən sənəd (bank təminatı).

5. Tender təklifinin bank təminatı tender təklifinin dəyərinin 2 (iki) faizindən az olmamalı və 27 avqust 2008-ci il tarixinədək qüvvədə olmalıdır.

6. İddiaçılar tenderin Əsas Şərtlər Toplusunu 09 iyun 2008-ci il tarixindən etibarən iş günləri saat 10.00-dan 18-00-dək aşağıdakı ünvandan ala bilərlər: Bakı şəhəri, Y.Səfərov küçəsi, 20. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, otaq  814.

7. Tenderin Əsas Şərtlər Toplusunu almaq  və iştirakçı statusunu əldə etmək üçün Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin aşağıdakı manat hesabına 1000 (bir min) manat məbləğində vəsait ödəmək tələb olunur.

 

A1. Emitent (ödəyən) bank

Adı: Kapital bankın 1 saylı Xətai filialı

Kodu: 200071

Müxbir hesabı: 0137010001944

VÖEN: 9900003611

S.W.İ.F.T. bik: AIIBAZ2X

  

A2. Ödəyən müştəri

Adı: Xətai YXO

Hesab: 32050019443700201107

VÖEN: 2000312781

   

8. İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

9. İddiaçılar yuxarıda göstərilən tender sənədlərini (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 11 iyul 2008-ci il saat 18.00-a qədər, tender təklifini isə 21 iyul 2008-ci il saat 18.00-a qədər göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Ünvan: AZ1025, Bakı şəhəri, Y. Səfərov küç. 20, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi otaq 814.

10. Zərflərin açılışı iddiaçıların və ya onların nümayəndələrinin iştirakı ilə 22 iyul 2008-ci il tarixində saat 10.30-dan başlayaraq Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsin inzibati binasında həyata keçiriləcəkdir. Ünvan: AZ1025, Bakı şəhəri, Y. Səfərov küç. 20, otaq 310.