Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi dövlət əmlakının qorunub saxlanılması ilə bağlı xidmətlərin satın alınması üzrə açıq tender elan edir
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT ƏMLAKININ İDARƏ EDİLMƏSİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ |
DÖVLƏT ƏMLAKININ QORUNUB SAXLANILMASI İLƏ BAĞLI |
XİDMƏTLƏRİN SATIN ALINMASI ÜZRƏ |
AÇIQ TENDER ELAN EDİR |
- «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən açıq tenderin əsas məqsədi dövlət əmlakının qorunub saxlanılması ilə bağlı xidmətlərin satın alınmasıdır.
2. Tenderdə əmlakın qorunub saxlanılması sahəsində təcrübəyə malik olan hüquqi şəxslər iştirak edə bilərlər. Tenderdə iştirak etmək istəyən hüquqi şəxslər aşağıdakı ixtisas göstəricilərinə malik olmalıdırlar:
a) iddiaçının tender predmeti üzrə ən azı bir illik iş təcrübəsi və işin yerinə yetirilməsi üçün idarəetmə və mühafisə sahəsində ixtisaslı kadrları olmalıdır;
b) iddiaçı müvafiq texniki və nəqliyyat vasitələrinə (avtomaşınlar, rabitə sistemi və s.) malik olmalıdır;
c) iddiaçının göstərdiyi mühafizə xidməti respublikanın şəhər və rayonlarını əhatə etməlidir.
- Tenderin qalibi aşağıdakı işləri görməlidir:
- tenderin Əsas Şərtlər Toplusunda göstərilən dövlət əmlakının qorunub saxlanılmasını təmin etməlidir;
4. Tender təklifi iki hissəyə bölünür: texniki və maliyyə.
Texniki təklifdə iddiaçı tender predmeti üzrə obyektlərin qorunması ilə bağlı iş planını dəqiq təsvir etməlidir. Bundan başqa, iddiaçı işin yerinə yetirilməsi üçün təklif olunan işçilərin siyahısını, onların ixtisas səviyyələrini, təcrübələrini və səlahiyyət çərçivəsini təklifə əlavə etməlidir.
Maliyyə təklifində iddiaçı müvafiq xidmətin görülməsi üçün zəruri olan xərclərin məbləğini göstərməlidir.
- Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- göstəriləcək xidmətlərin dəyəri;
- iddiaçının bu sahədə əvvəlki iş təcrübəsi;
- iddiaçı tərəfindən təklif olunan iş planı və iş planının yerinə yetirilməsi metodları;
- təklif olunan işçi heyətinin ixtisası, təcrübəsi və səlahiyyətləri.
- Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi;
- iddiaçının tam adı, ünvanı, hüquqi statusunu təsdiq edən sənəd (surəti) və bank rekvizitləri;
- tender təklifinin təminatını təsdiq edən sənəd (bankın təminatı);
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında arayış ;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməmiş, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Tender təklifinin bank təminatı tender təklifinin dəyərinin 2 (iki) %-dən az olmamalıdır.
- Müqavilə öhdəliklərini yerinə yetirmək üçün iddiaçı lazımi texniki və maliyyə imkanlarına malik olmalıdır.
- Tenderin Əsas Şərtlər Toplusunu almaq və iştirakçı statusunu əldə etmək üçün Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin aşağıdakı manat hesabına 500 (beş yüz) manat məbləğində vəsait ödəmək tələb olunur:
A1. Emitent (ödəyən) bank
Adı: Kapital bank 1 saylı Xətai filialı
Kodu: 200071
Müxbir hesabı: 0137010001944
VÖEN: 9900003611
S. W.İ.F.T. bik: AIIBAZ2X
- Ödəyən müştəri
Adı: Xətai YXO
Hesab: № 32050019443700201107
VÖEN: 2000312781
- İddiaçılar yuxarıda göstərilən tender sənədlərini (maliyyə təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 03 iyul 2008-il saat 18.00-dək, maliyyə təklifini isə 11 iyul 2008-ci il saat 18.00-dək göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Zərflərin açılışı iddiaçıların və ya onların nümayəndələrinin iştirakı ilə 14 iyul 2008-ci il tarixində saat 10.30-dan başlayaraq Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin inzibati binasında həyata keçiriləcəkdir. Ünvan: Bakı şəhəri Y.Səfərov küçəsi, 20, otaq № 310.
- Tender proseduru ilə bağlı əlavə məlumat əldə etmək üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə (otaq № 914) müraciət etmək olar.
Telefon: 490-24-08 (əlavə 275, 265 )
faks: 490-33-59
e-mail: office@stateproperty.gov.az
- Tender «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir.