Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi mebel avadanlıqlarının alınması məqsədilə açıq tender elan edir  

Tender keçirən:         Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi.

Ünvan:                       AZ1025, Bakı şəhəri, Y. Səfərov küçəsi, 20. 

Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən mebel avadanlıqlarının satın alınması açıq tenderin predmetini təşkil edir.

1.      Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri  (tender təklifi və bank təminatı istisna olmaqla) 02 may 2008-ci il tarixinədək Tender Komissiyasına (ünvan: AZ1025, Bakı şəhəri, Y. Səfərov küçəsi, 20, otaq 810) təqdim etməlidirlər:

1.1.            tenderdə iştirak etmək üçün ərizə;

1.2.            iştirak haqqının ödənilməsi barədə bank sənədi;

1.3.            Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməmiş, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

1.4.            iddiaçının iqtisadi fəaliyyəti (işinin əsas istiqamətləri) barədə məlumat;

1.5.            iddiaçının son maliyyə ilini əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatı və müvafiq auditor rəyi;

1.6.            tender təklifini imzalamaq hüququnun olması haqqında vəkalətnamə.

2. Aşağıdakı sənədlər 13 may 2008-ci il tarixinədək Tender Komissiyasına təqdim edilməlidir:

2.1.  tender təklifi (zərflərin açıldığı tarixdən etibarən ən azı 60 (altmış) bank   günü qüvvədə olmalıdır);

2.2. tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank qarantiyası (zərflərin açıldığı tarixdən etibarən ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır).

3. Tender təkliflərində iddiaçılar tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən malların çatdırılmasının texniki cəhətlərini, icra müddətini, malların dəyərini, hesablaşma formasını göstərməlidirlər. 

  1.          İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər bir zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.
  2.          İddiaçı təqdim etdiyi sənədlərdə özünün tam adını, ünvanını, hüquqi statusunu, bank rekvizitlərini, əsas fəaliyyət yerini göstərməlidir.

6.         Tenderin Əsas Şərtlər Toplusunu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı hesablaşma hesabına 1.200 (bir min iki yüz) manat məbləğində vəsait ödəmək tələb olunur:

 B1. Benefisiar (alan) bank
 Adı:   "Kapital Bank" ASC-nin 1 saylı Xətai filialı 
 Kodu:   200071
 Müxbir hesabı:   0137010001944
 VÖEN:   9900003611
 S.W.İ.F.T. bik:   AIIBAZ2X

 B2. Alan müştəri

  Adı:   Xətai YXO
 Hesab nömrəsi:   132050000
 VÖEN:   2000312781

7.         İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. 

  1.          Tender proseduru ilə bağlı əlavə məlumat əldə etmək üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə (otaq 810) müraciət etmək olar. Tel.: 490-24-08 (əlavə 242, 281), faks: 490-33-59, e-mail: office@stateproperty.gov.az 
  2.          Zərflərin açılışı 14 may 2008-ci il tarixində saat 11.00-dan başlayaraq Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin inzibati binasında  həyata keçiriləcəkdir. Ünvan: AZ1025, Bakı şəhəri, Y. Səfərov küçəsi, 20, otaq 310. 
  3.      Açıq tender «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir