26 fevral 2019-cu il tarixdə saat 11:00-da respublikanın şəhər və rayonlarında təkrar hərraca çıxarılacaq tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin siyahısı
№ | Obyektin adı | Ünvanı | Sifarişçi təşkilatın adı | Özəlləşdirilən torpaq sahəsi (kv.m) |
Əmlakın ilkin (satış) qiyməti (100%) (manat) |
Torpaq sahəsinin ilkin (satış) qiyməti (manat) |
Hərraca çıxarılan ümumi ilkin (satış) qiyməti (manat) |
10% beh (manat) |
1 | Süd zavodunun yarımçıq tikilisi | Mingəçevir şəhəri, Niyazi küçəsi, 9 | İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi, keçmiş "Azərsutikinti" Konserninin Fəhlə Təchizatı Birliyi | 12203.0 | 10000 | 90000 | 100000 | 10000 |
2 | Xırda topdansatış müəssisəsinin tikintisi yarımçıq qalmış anbar binası | Qax rayonu, Qorağan kəndi | İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi | 1000.0 | 500 | 2000 | 2500 | 250 |
Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır: 1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN). 2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş. 3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir). Qeyd: Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir. Mingəçevir şəhəri üzrə: ünvan: Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 26/11, əlaqə telefonu: (kod 02427) 4-45-00, 4-39-00 Qax şəhəri üzrə: ünvan: Qax şəhəri, İ.Mustafayev küçəsi, 31 əlaqə telefonu: (kod 2425) 5-43-83 Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar. |