144 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb
Hərraca çıxarılan 27 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur. Portalda nəinki nəqliyyat vasitələri, eyni zamanda, hər bir kiçik dövlət müəssisəsi və obyekti, qeyri-yaşayış sahəsi, səhmdar cəmiyyətləri barədə ətraflı məlumatlar və göstəricilərlə, həmçinin yerləşdiyi ərazini göstərən xəritələri və fotolarla tanış olmaq mümkündür. Bu tarixdə keçiriləcək hərraca 40 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Privatization.az özəlləşdirmə portalına daxil olmaqla bu tarixdə hərraca çıxarılan səhmdar cəmiyyətlərin ünvanları, satışa çıxarılan səhmlərin nominal dəyəri, nizamnamə kapitalının həcmi, satışa çıxarılan səhmlərin ilkin hərrac qiymətləri ilə daha yaxından tanış olmaq olar. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aiddir. Belə iri müəssisələrə “Ağcabədi Aqrotexservis”, “Astara çay 3”, “Kürdəmir Kəndkimya”, “Ağdaş Quşçuluq”, “Beyləqan Sənaye Kombinatı”, “Port İliç Xidmət”, “Masazır Quşçuluq” kimi səhmdar cəmiyyətləri aiddir.
Hər həftə keçirilən belə hərraclara paytaxt Bakı ilə yanaşı regionlarda olan kiçik dövlət müəssisələri, səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri, dövlət nəfinə müsadirə edilmiş əmlaklar çıxarılır. Özəlləşməyə çıxarılan müəssisələr sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir. İstənilən hüquqi və fiziki şəxs hərraclarda iştirak edib əmlak sahibi ola bilər. Hərracda iştirak edən lakin qalib olmayan şəxs 10 gün ərzində komitəyə müraciət edərək behi geri ala bilər.
Hərraclarla bağlı yaranacaq hər hansı bir suala cavab tapmaq üçün (012) 566-07-44 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşları və investorları özəlləşmə prosesində aktiv iştiraka dəvət edir.