Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərə 18-19 mart 2014-cü il tarixlərində baxdıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul etmişdir. Səsvermənin nəticələrinə əsasən, fiziki şəxs Əliyev Ənvər Adil oğlu “Azərsənayetikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilmişdir.

Müsabiqənin şərtlərinə uyğun olaraq, müsabiqə qalibi dövlət büdcəsinə 35 000 (otuz beş min) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən 6 ay ərzində 180 000 manat məbləğində investisiya qoyuluşunun yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Nəzərdə tutulan investisiyalar inzibati binanın yenidən qurulması və əsaslı təmiri, səhmdar cəmiyyətinin istehsalat bazasında təmir-bərpa işlərinin aparılması, mövcud maşın-mexanizm, texnika və avadanlıqların bərpası və yenilərinin alınması, infrastruktur təminatının (işıq, su, kanalizasiya) yaxşılaşdırılması və ərazinin abadlaşdırılması işlərinə sərf ediləcəkdir.

İnvestisiya Proqramına əsasən, investisiya fəaliyyəti dövründə müəssisədə yeni iş yerlərinin açılması da nəzərdə tutulmuşdur.