Özəlləşdirmə bölməsinin ilk məqaləsi “Özəlləşdirmədə yeni dalğa ” başlığı altındadır. Xəbərdə özəlləşdirmə üçün görülən tədbirlərdən, özəlləşməyə çıxarılan müəssisə və obyektlər haqqında məlumatlardan bəhs edilir. Oxucuların marağına səbəb olacaq “Sosial mənzillər kimlərə və necə veriləcək?” başlıqlı xəbərdə sosial mənzillərin satış prosesi, evlər üçün müraciət tarixi, ilkin ödənişi barədə ətraflı məlumata rast gəlmək olar.

Jurnalın yeni sayında əmlak qiymətləndirilməsi xidməti, fərdi evlərin qeydiyyatı, mənzildən istifadə hüququ, xarici investorların özəlləşdirməyə marağı barədə yazılar yer alıb. Bunlarla yanaşı, jurnalda əmlak idarəçiliyində xarici təcrübə ilə bağlı yazılar da diqqəti çəkir. Jurnalda daşınmaz əmlak bazarının aylıq dinamikası, maliyyə və tikinti xidmətləri, daşınmaz əmlaka dair reytinqlər, təhlillər və statistik diaqramlar verilir.

Bunlarla yanaşı, jurnalın elektron xidmətlər bölməsində yer alan “Dövlət əmlakının icarə haqqı borcunun ödənilməsi” məqaləsində elektron xidmətlərdən necə yararlanmaq olar, tələb olunan sənədlər, elektron xidmət necə işləyir, bu xidmətdən kimlər yararlana bilər suallarına cavab tapmaq olar. Sual-cavab rubrikası vətəndaşlardan daxil olmuş sorğular əsasında hazırlanır. Bu bölmədən vətəndaşlar tərəfindən ünvanlanmış sualların cavabları öz əksini tapır.

Jurnal geniş kütlə üçün nəzərdə tutulub. Media nümayəndələri jurnala istinad edərək komitənin fəaliyyəti barədə müxtəlif məlumatlardan istifadə edə və paylaşa bilər. Əlavə məlumat almaq üçün isə komitənin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlaya bilərlər:

(012) 490 24 08 (daxili 111).

Jurnaldakı məlumatlarla daha yaxından tanış olmaq və elektron versiyasını yükləmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:

http://www.emdk.gov.az/images/Sehifeler%20N-72.pdf