Oxucuların marağına səbəb olacaq özəlləşdirmə bölməsinin ilk məqaləsi “Rəqabətli hərraclar iş adamlarını cəlb edir” başlığı altındadır. “Özəlləşdirmənin yeni mərhələsində keçirilən hərraclar getdikcə daha çox iş adamının və investorların marağına səbəb olur. Bu maraq özünü hərraclara qatılmaq üçün verilən sifarişlərin və hərracı izləyən müşahidəçilərin sayında göstərir” – deyə məqalədə bildirilir. Bölmənin digər yazısında isə özəlləşdirmədə tətbiq edilən yenilik olan obyektlərin torpaqlarla birlikdə satılmasından bəhs edilir. Yazıda həmçinin “Hərracda necə iştirak etməli?” sualının da cavabı ətraflı şəkildə izah edilib.

Jurnalın yeni sayında mülkiyyətin dövlət tərəfindən müdafiəsi və toxunulmazlığı, dövlət torpaqlarının satış və icarə qiymətləri, istifadəsiz torpaqlar  və torpaq pozuntularına qarşı reydlər barədə yazılar yer alıb. Bunlarla yanaşı, jurnalda əmlak idarəçiliyində xarici təcrübə ilə bağlı yazılar da diqqəti çəkir. Belə ki, “Pivə köpüyündə əmlak bazarı – Çexiyada əmlak” adlı məqalə Çexiyada daşınmaz əmlak bazarı, paytaxt və iri şəhərlərdə mənzillər, fərdi evlər, kommersiya obyektlərindən bəhs olunur. Jurnalda daşınmaz əmlak bazarının aylıq dinamikası, maliyyə və tikinti xidmətləri, daşınmaz əmlaka dair reytinqlər, təhlillər və statistik diaqramlar verilir.

Sual-cavab rubrikası vətəndaşlardan daxil olmuş sorğular əsasında hazırlanır. Bu bölmədən vətəndaşlar tərəfindən ünvanlanmış sualların cavabları öz əksini tapır.

Jurnal geniş kütlə üçün nəzərdə tulub. Media nümayəndələri jurnala istinad edərək komitənin fəaliyyəti barədə müxtəlif məlumatlardan istifadə edə və paylaşa bilər. Əlavə məlumat almaq üçün isə komitənin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlaya bilərlər:

(012) 490 24 08 (daxili 111).

Jurnalın elektron versiyaları ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:

http://www.emdk.gov.az/images/Sehifeler%20N-71.pdf