AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ YERLİ VƏ XARİCİ İŞ ADAMLARINI İNVESTİSİYA MÜSABİQƏSİ VASİTƏSİLƏ ÖZƏLLƏŞDİRMƏDƏ İŞTİRAKA DƏVƏT EDİR
Qeyd olunmalıdır ki, hər hansı müəssisənin özəlləşdirilməsinə maraq yaranarsa təşkilatlararası müsabiqə komissiyası tərəfindən ən az 30 gün əvvəl satış şərtlərini özündə əks etdirən elan verilməklə bütün iddiaçılara bərabər hüquqlu şərait yaradan şəffaf müsabiqə proseduru icra ediləcəkdir.
Maraqlananlar həmin müəssisələr haqqında ətraflı məlumatları “Özəlləşdirmə Portalı”ndan (http://privatization.az/index.php/az/sas-s-hif/mue-ssis-l-r-2/mue-ssis-l-r-3) əldə edə bilərlər.
Müəssisələrə yerində baxış keçirmək, layihə və biznes planlarınız üçün ən uyğun müəssisə barədə fikir mübadiləsi aparmaq məqsədi ilə 490 24 08 (daxili: 208 və 191) nömrəsinə zəng edə, ycamalov@emdk.gov.az elektron ünvanına məktub yaza və ya aşağıdakı ünvana müraciət edə bilərsiniz: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq № 802)