Dövlət əmlakının özəlləşdirilməsinə artan maraq hərracların rəqabətli keçməsinə səbəb olur
Zaqatalada yerləşən obyektin ilkin satışı 20 min manata təklif olunduğu halda, rəqabət nəticəsində 28 min manata, Oğuzda yerləşən əmlak isə 10 min manatdan rəqabət nəticəsində qalxaraq 16 min manata özəlləşdirilib.
Hərracda satılan kiçik müəssisələr və istifadəsiz qeyri-yaşayış sahələri kiçik və orta həcmli sahibkarlıq fəaliyyəti üçün əlverişlidir. Özəlləşdirilmiş belə əmlaklar sonradan sahibləri tərəfindən biznes obyektinə çevrilir və icarəyə verilməklə gəlir mənbəyi olur. Mühüm üstünlük isə belə daşınmaz əmlakların hərracda özəlləşdirilməsindən qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış sənədi ilə təmin olunmasıdır. Hərracda qalib olan vətəndaşlar özəlləşdirdikləri əmlaklar barədə gələcək planlarını, hansı məqsədlərlə istifadə edəcəklərini bildiriblər. Hərrac qalibləri sırasında qadın sahibkarlar da olub. Özəlləşdirilən obyekt və qeyri-yaşayış sahələrinin sonradan məişət, qida, təmir və digər sahələrdə biznes fəaliyyəti üçün istifadə ediləcək. Eyni zamanda, belə kiçik müəssisə və obyektlərdə yeni iş yerləri yaradılacaq ki, bu da ölkədə məşğulluğun təmin olunmasına dəstək olacaq.
Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.
Hərracda media nümayəndəsi və istənilən vətəndaş rahat şəkildə iştirak edib prosesi müşahidə edə bilir. Eyni zamanda, müasir texnologiyalar sayəsində böyük monitorlarda regionlarda keçirilən hərraclar da izlənilir.
Qeyd edək ki, tamamilə şəffaf, rahat və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçirilən belə hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır.
Komitə tərəfindən növbəti hərrac 27 dekabrda keçiriləcək. Hərraca 115 əmlak olmaqla, 24 səhmdar cəmiyyəti, 57 istifadəsiz qeyri-yaşayış sahəsi, 24 kiçik dövlət müəssisə və obyekti, həmçinin 10 nəqliyyat vasitəsi çıxarılıb. 27 dekabrda keçiriləcək hərracdakı əmlaklarla aşağıdakı linkdə tanış ola bilərsiniz:
http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1032