«Kütləvi çıxarış» kampaniyası Abşeron rayonunda
Qeyd edək ki, xidmətlərin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir.
Kampaniya zamanı vətəndaşlara bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hüquqi məsləhət xidmətləri hazırda davam etdirilir. İstənilən vətəndaş daşınmaz əmlakla bağlı rəsmi əməliyyat aparmazdan qabaq bir ünvana – birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edib təmənnasız olaraq hüquqi yardım ala bilirlər. Onların qeydiyyat, prosedurlar və zəruri sənədlərlə bağlı istənilən sualları cavablandırılır. Sənədlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qaydaya salınması və çatışmayan sənədlərin müvafiq icra hakimiyyəti orqanlarından alınması ilə bağlı hüquqi məsləhətlər verilir. Bu xidmətdə başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik və prosedurlar barədə vətəndaşları maarifləndirmək və göstərilən xidmətləri daha da sadələşdirməkdir.
Bütün bunlarla yanaşı daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiq edilən bir pəncərə prinsipi, əmlakın qeydiyyatı ilə bağlı SMS xidmətlər, elektron qaydada daşınmaz əmlak barədə məlumatların öyrənilməsi, qeydiyyat üçün sərf edilən müddətlərin mərhələli şəklidə azaldılması, regional qeydiyyat ofislərinin müasir standartlara uyğunlaşdırılması kimi tədbirlər qeydiyyat sisteminin kifayət qədər inkişafına səbəb olub. Bu tədbirlərin məqsədi bu sahədə göstərilən xidmətlərdən ölkə əhalisinin daha çevik, rahat, şəffaf bir şəraitdə yaralanmasıdır.