27 fevral 2018-ci il tarixdə saat 10:00-da İsmayıllı şəhərində hərraca çıxarılacaq tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektin siyahısı
№ | Obyektin adı | Ünvanı | Sifarişçi təşkilatın adı | Özəlləşdirilən torpaq sahəsi (kv.m) |
Əmlakın ilkin (satış) qiyməti (100%) (manat) |
Torpaq sahəsinin ilkin (satış) qiyməti (manat) |
Hərraca çıxarılan ümumi ilkin (satış) qiyməti (manat) |
10% beh (manat) |
1 | Yardımçı təsərrüfatın yarımçıq tikilisi | İsmayıllı rayonu, Buynuz kəndi | Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsi | 21000.0 | 150000 | 230000 | 380000 | 38000 |
Hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır: 1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN). 2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş. 3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir). Qeyd: Hərrac İsmayıllı şəhərində müvafiq yerli hərrac komissiyası tərəfindən keçiriləcəkdir. İsmayıllı şəhəri üzrə: ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 46, əlaqə telefonu: (kod 02028) 5-64-64 Hərracın keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar. |