Əmlak Məsələləri Dövlət Komitəsinin “Daşınmaz Əmlak” jurnalının 64-cü sayı çapdan çıxdı
Jurnalın yeni sayında komitə sədri tərəfindən Samuxda keçirilmiş vətəndaş qəbulu, Tacikistanın qeydiyyat və kadastr üzrə nümayəndə heyətinin ölkəmizə səfəri, torpaq monitorinqləri barədə yazılar yer alıb. Məqalələrin bir qismi komitənin yeni hüquqi məsləhət xidmətləri, Bakı və Xaçmazda keçirilmiş “Kütləvi çıxarış” kampaniyaları haqqındadır. Bu məqalələri oxumaqla, komitənin yenicə start götürən təmənnasız hüquqi yardım xidmətləri, belə xidmətlərin vətəndaşa verdiyi faydalar barədə geniş məlumat almaq olar. Həmçinin, “Kütləvi çıxarış” kampaniyasının özəlliyi, kampaniyadan istifadə qaydası, indiyədək keçirildiyi şəhər və rayonlar barədə də məlumatlar yer alıb. Jurnalda əmlak girovu, ipoteka məhdudiyyəti, elektron və onlayn xidmətlər vasitəsilə çıxarış üçün müraciət, kommersiya obyektləri bazarının icmalı barədə maraqlı yazılar əksini tapıb.
Bunlarla yanaşı, daşınmaz əmlak bazarının aylıq dinamikası, maliyyə və tikinti xidmətləri, daşınmaz əmlaka dair reytinqlər, təhlillər və statistik diaqramlar verilir. Habelə, daşınmaz əmlakın sosial-iqtisadi əhəmiyyəti barədə məlumatlar, yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi haqqında faydalı məsləhətlər, daşınmaz əmlakla bağlı sual-cavablar da yer alır.
Jurnal geniş kütlə üçün nəzərdə tutulub. Media nümayəndələri jurnala istinad edərək komitənin fəaliyyəti barədə müxtəlif məlumatlardan istifadə edə və paylaşa bilər. Əlavə məlumat almaq üçün isə komitənin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlaya bilərlər:
(012) 490 24 08 (daxili 111).
Jurnalın elektron versiyaları ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:
http://www.emdk.gov.az/images/pdf/Jurnal/jurnal64.pdf