Əmlak Məsələləri Dövlət Komitəsində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib
Xatırladaq ki, bir müddət öncə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb. Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov Şuranın sədri və 6 nəfərdən ibarət üzvləri təyin edilib. Eyni zamanda, Apellyasiya Şurasının 5 nəfərdən ibarət olan Katibliyi də yaradılıb.
Qeyd edək ki, Apellyasiya Şurasının məqsədi müvafiq fərmana uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması və bu sahədə şəffaflıq, operativlik və obyektivliyin artırılmasıdır.