2017-ci il avqust ayının 22-də keçiriləcək pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətləri haqqında məlumat
Sıra sayı | Səhmdar cəmiyyətinin adı və təsis tarixi | Səhmdar cəmiyyətinin hüquqi ünvanı | Nizamnamə kapitalının həcmi (manat) | Buraxılmış səhmlərin ümumi sayı (ədəd) | Bir səhmin nominal qiyməti (manat) | Satışa çıxarılmış səhmlər | Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) | Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti (manat) | İlkin satış qiymətinin 10%-i həcmində hesablanmış behin məbləği (manat) | |
sayı (ədəd) | buraxılmış səhmlərin ümumi sayında %-lə | |||||||||
1 | Azərmetalinvest №164 17.03.1999 | Sumqayıt şəhəri, Sülh küçəsi, 1 | 385889.00 | 192944 | 2.00 | 58673 | 30.41 | 117346.00 | 58673.00 | 5867.30 |
2 | Azinterservis №1107 01.12.1997 | Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 106 "a" | 886154.00 | 443077 | 2.00 | 133167 | 30.06 | 266334.00 | 133167.00 | 13316.70 |
3 | Bərdə Kərpic №641 25.08.1997 | Bərdə rayonu, Tərtər magistralı, Zümürxaç kəndi | 585036.80 | 292519 | 2.00 | 87756 | 30.00 | 175512.00 | 87756.00 | 8775.60 |
4 | Bərdə Mexaniki Təmir № 272 25.10.2000 | Bərdə rayonu, Alaçadırlı kəndi | 245038.00 | 122519 | 2.00 | 36787 | 30.03 | 73574.00 | 36787.00 | 3678.70 |
5 | Çatal Broyler №775 18.05.1998 | Beyləqan rayonu, Eyvazalılar kəndi | 371507.60 | 185753 | 2.00 | 55751 | 30.01 | 111502.00 | 55751.00 | 5575.10 |
6 | Goranboy Sənaye İnşaat №84 31.03.2009 | Goranboy şəhəri, S.Vurğun küçəsi, 80 | 47708.00 | 23854 | 2.00 | 10724 | 44.96 | 21448.00 | 10724.00 | 1072.40 |
7 | Kürdəmir Kəndkimya Təchizat №234 09.02.1998 | Kürdəmir şəhəri,Bakı prospekti, 18 | 481441.20 | 240720 | 2.00 | 72218 | 30.00 | 144436.00 | 72218.00 | 7221.80 |
8 | Kürdəmir Quşçuluq № 565 08.08.1997 | Kürdəmir rayonu, Ərəbxana kəndi | 355231.00 | 177616 | 2.00 | 53560 | 30.15 | 107120.00 | 53560.00 | 5356.00 |
9 | Ləki Sinklənmiş qablar №532 06.04.1998 | Ağdaş rayonu, Ləki qəsəbəsi | 178828.00 | 89414 | 2.00 | 26835 | 30.01 | 53670.00 | 26835.00 | 2683.50 |
10 | Lerik Kəndkimya №1178 15.12.1997 | Lerik rayonu,Bilnə kəndi | 65807.20 | 32903 | 2.00 | 9871 | 30.00 | 19742.00 | 9871.00 | 987.10 |
11 | Oğuz Kəndkimya №235 09.02.1998 | Oğuz rayonu,Kərimli kəndi | 242067.80 | 121033 | 2.00 | 36320 | 30.01 | 72640.00 | 36320.00 | 3632.00 |
12 | Sabirabad İnşaat Sənaye №97 18.03.2008 | Sabirabad rayonu, Qaragüney kəndi | 100570.00 | 50285 | 2.00 | 22647 | 45.04 | 45294.00 | 22647.00 | 2264.70 |
13 | Sabirabad Tədarük №67 25.02.2010 | Sabirabad şəhəri, Şəhriyar küçəsi, 31 | 9114.00 | 45570 | 0.20 | 20404 | 44.78 | 4080.80 | 2040.40 | 204.04 |
14 | Salyan İnşaat Materialları №86 11.03.2008 | Salyan şəhəri, 20 Yanvar küçəsi | 76186.00 | 38093 | 2.00 | 17155 | 45.03 | 34310.00 | 17155.00 | 1715.50 |
15 | Salyan İnşaat Xidmət №362 28.11.2007 | Salyan şəhəri, N.Babayev küçəsi, 8 | 73100.00 | 36550 | 2.00 | 16494 | 45.13 | 32988.00 | 16494.00 | 1649.40 |
16 | Salyan Reproduktor Quşçuluq №46 31.01.2002 | Salyan rayonu, Qaraçala qəsəbəsi | 220530.00 | 110265 | 2.00 | 33099 | 30.02 | 66198.00 | 33099.00 | 3309.90 |
17 | Şamaxı Dəmir Beton №1205 15.12.1997 | Şamaxı rayonu, Şəhriyar qəsəbəsi | 20321.60 | 10160 | 2.00 | 3048 | 30.00 | 6096.00 | 3048.00 | 304.80 |
18 | Şəki Tikinti Quraşdırma №50 05.03.2007 | Şəki rayonu, Cumakənd kəndi | 153738.00 | 76869 | 2.00 | 31878 | 41.47 | 63756.00 | 31878.00 | 3187.80 |
19 | Sumqayıt Kimya Tikinti-12 №903 16.06.1998 | Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi | 110087.80 | 55043 | 2.00 | 16527 | 30.03 | 33054.00 | 16527.00 | 1652.70 |
20 | Tərtər Konserv №452 23.03.1998 | Tərtər rayonu, Nərimaniya kəndi | 416530.60 | 208265 | 2.00 | 62655 | 30.08 | 125310.00 | 62655.00 | 6265.50 |
Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Sifarişlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır. Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) Səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; -müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
(pul hərraclarına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.)
-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Pul hərracı 2017-ci ilin avqust ayının 22-də saat 09:30-da Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində (ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 139 A) keçiriləcəkdir.
Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.