Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə beynəlxalq reytinqdə ön sıralardadır
Azərbaycanın əldə etdiyi yüksək beynəlxalq göstəricilər son illər komitə tərəfindən ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi, qeydiyyat müddətlərinin qısaldılması və qeydiyyat sisteminin müasir standartlara çatdırılması sahəsində aparılan işlərin nəticəsidir. Bu sahədə elektron, onlayn və SMS xidmətlərin, “bir pəncərə” prinsipinin, “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin tətbiqi əmlakın qeydiyyatını sadələşdirib, şəffaflıq, rahatlıq və operativliyi daha da artırıb.