2017-ci il avqust ayının 8-də keçiriləcək pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətləri haqqında məlumat
Sıra sayı | Səhmdar cəmiyyətinin adı və təsis tarixi | Səhmdar cəmiyyətinin hüquqi ünvanı | Nizamnamə kapitalının həcmi (manat) | Buraxılmış səhmlərin ümumi sayı (ədəd) | Bir səhmin nominal qiyməti (manat) | Satışa çıxarılmış səhmlər | Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) | Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti (manat) | İlkin satış qiymətinin 10%-i həcmində hesablanmış behin məbləği (manat) | |
sayı (ədəd) | buraxılmış səhmlərin ümumi sayında %-lə | |||||||||
1 | Ağcabədi Aqrotexservis №1188 15.12.1997 | Ağcabədi rayonu, Hindarx kəndi | 658526.60 | 329263 | 2.00 | 98791 | 30.00 | 197582.00 | 98791.00 | 9879.10 |
2 | Astara çay-3 №311 24.11.2000 | Astara rayonu, Pensər kəndi | 573954.00 | 286977 | 2.00 | 86217 | 30.04 | 172434.00 | 86217.00 | 8621.70 |
3 | Əli Bayramlı Kimyəvi Təmizləmə№96 17.04.2007 | Şirvan şəhəri, Mehmandarov küçəsi, 1 | 85986.00 | 171972 | 0.50 | 77108 | 44.84 | 38554.00 | 19277.00 | 1927.70 |
4 | Kürdəmir Kəndkimya № 399 04.07.97 | Kürdəmir şəhəri, S.Şıxəliyev küçəsi, 50 | 170630.60 | 85316 | 2.00 | 25624 | 30.03 | 51248.00 | 25624.00 | 2562.40 |
5 | Masazır Quşçuluq №134 23.01.1998 | Abşeron rayonu, Masazır kəndi | 513726.40 | 256863 | 2.00 | 77117 | 30.02 | 154234.00 | 77117.00 | 7711.70 |
6 | Mingəçevir Qum Çınqıl №1323 21.09.1998 | Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 1 | 1033746.20 | 516873 | 2.00 | 155117 | 30.01 | 310234.00 | 155117.00 | 15511.70 |
7 | Neftçala Ət №273 02.06.1997 | Neftçala rayonu, Aşağı Surra kəndi | 175157.80 | 87578 | 2.00 | 26273 | 30.00 | 52546.00 | 26273.00 | 2627.30 |
8 | Port İliç Xidmət №357 26.06.1997 | Lənkəran rayonu, Liman şəhəri | 171316.00 | 85658 | 2.00 | 25698 | 30.00 | 51396.00 | 25698.00 | 2569.80 |
9 | Sabunçu Ticarət Təchizat №93 16.04.2007 |
Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Frunze küçəsi, 13 | 90162.00 | 45081 | 2.00 | 20135 | 44.66 | 40270.00 | 20135.00 | 2013.50 |
10 | Şıxlar Broyler №544 06.04.1998 | Masallı rayonu, Şıxlar kəndi | 279609.60 | 139804 | 2.00 | 42090 | 30.11 | 84180.00 | 42090.00 | 4209.00 |
11 | Tovuz Məişət №596 15.08.1997 | Tovuz şəhəri, S.Vurğun küçəsi, 14 | 110442.60 | 55222 | 2.00 | 16568 | 30.00 | 33136.00 | 16568.00 | 1656.80 |
12 | Ucar ağac emalı №52 27.02.2004 | Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 10 | 70352.00 | 35176 | 2.00 | 10573 | 30.06 | 21146.00 | 10573.00 | 1057.30 |
13 | Ucar İnşaat Xidmət №361 28.11.2007 | Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 13 | 25676.00 | 12838 | 2.00 | 5784 | 45.05 | 11568.00 | 5784.00 | 578.40 |
14 | Xaçmaz Mexanizasiya Nəqliyyat №93 15.04.2005 | Xaçmaz şəhəri, Sabir küçəsi, 4 | 123056.00 | 61528 | 2.00 | 18463 | 30.01 | 36926.00 | 18463.00 | 1846.30 |
15 | Xətai Ticarət-108 №785 18.05.1998 | Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 76 | 53974.00 | 26987 | 2.00 | 8098 | 30.01 | 16196.00 | 8098.00 | 809.80 |
16 | Xırdalan yük nəqliyyat №316 27.12.2006 |
Abşeron rayonu, Xırdalan şəhəri, keçid 1290 | 83692.00 | 41846 | 2.00 | 18731 | 44.76 | 37462.00 | 18731.00 | 1873.10 |
17 | Xosrov Metal Plastmas №541 06.04.1998 | Ağdaş rayonu, Xosrov kəndi | 94552.00 | 47276 | 2.00 | 14220 | 30.08 | 28440.00 | 14220.00 | 1422.00 |
18 | Yevlax Yun №163 30.04.2002 | Yevlax şəhəri, S.Əliyev küçəsi, 2 | 2390796.00 | 1195398 | 2.00 | 239086 | 20.00 | 478172.00 | 239086.00 | 23908.60 |
19 | Zabrat Tikinti Quraşdırma №663 20.04.1998 | Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2, Tramvay küçəsi | 87385.60 | 43692 | 2.00 | 13107 | 30.00 | 26214.00 | 13107.00 | 1310.70 |
20 | Zaqatala Sənaye Kombinatı №56 28.02.2003 | Zaqatala rayonu, İkinci Tala kəndi | 53750.00 | 26875 | 2.00 | 8080 | 30.07 | 16160.00 | 8080.00 | 808.00 |
Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Sifarişlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır.
Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) Səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; -müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
(pul hərraclarına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.)
-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Pul hərracı 2017-ci ilin avqust ayının 8-də saat 09:30-da Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində (ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 139 A) keçiriləcəkdir.
Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.