“Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanına və 22 iyun 2010-cu il tarixli, 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi aşağıda göstərilən qeyri-yaşayış sahələrinin (obyektlərin) icarəyə verilməsi üzrə müsabiqə elan edir.

Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan (qanunvericiliklə məhdudiyyət müəyyən edilmiş hallar istisna olmaqla) yerli və xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş sifarişçiyə üstünlük veriləcəkdir.

 

1. Müsabiqəyə çıxarılan qeyri-yaşayış sahələri (obyektlər) haqqında məlumat

(21.04.2017-ci il tarixinə)

 

Ünvan

Sahə

Balansaxlayıcısı

Obyektin

xarakteristikası

Obyektin fəaliyyət növü

 

Obyektin vəziyyəti

Aylıq start icarə haqqı məbləği

(manat)

Ödəniləcək behin məbləği

(manat)

1

Biləsuvar rayonu, Bağbanlar kəndi

30,1 kv.m.

Bağbanlar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

1 mərtəbəli  binanın 1-ci mərtəbəsi

xidmət

istifadəyə  yararlı

13,55

1,40

2

Ağcabədi şəhəri, F.Əlizadə küçəsi 7

48,2 kv.m.

Azərbaycan Respublikasının  Dövlət Sığorta Kommersiya Şirkətinin Ağcabədi filialı

2 mərtəbəli  binanın 1-ci mərtəbəsi

xidmət

istifadəyə  tam yararlı

31,52

3,2

3

Qazax şəhəri, H.Əliyev küçəsi 150

82,2 kv.m.

Bakı Dövlət Universitetinin Qazax filialı

3 mərtəbəli binanın 1-ci mərtəbəsi

xidmət

istifadəyə  tam yararlı

53,43

5,30

4

Füzuli rayonu, Horadiz şəhəri, M.Ə.Rəsulzadə küçəsi 91

9,7 kv.m.

“Azərpoçt” MMC-nin Füzuli Poçt filialı

2 mərtəbəli binanın 2-ci mərtəbəsi

xidmət

istifadəyə  tam yararlı

6,34

1,00

5

Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 117

11,9 kv.m.

Azərbaycan Respublikası  Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsi

2 mərtəbəli binanın 1-ci mərtəbəsi

xidmət

istifadəyə  tam yararlı

7,14

1,00

6

Göyçay şəhəri, Ə.Kərim küçəsi  112A

58,9 kv.m.

Azərbaycan Respublikası  Vergilər Nazirliyinin  9 saylı Ərazi Vergilər İdarəsi

3 mərtəbəli binanın 1-ci mərtəbəsi

xidmət

istifadəyə  tam yararlı

38,29

3,80

7

Qax şəhəri, Azərbaycan prospekti, 26

20,4 kv.m.

Qax Rayon İcra Hakimiyyəti

4 mərtəbəli binanın 3-cü mərtəbəsi

xidmət

istifadəyə  tam yararlı

12,24

1,20

 

2. Sifarişçilər qarşısında qoyulan şərt tələblər

 

2.1 İcarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsini təmin etmək.

2.2 İcarəyə verilən obyekin, ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması.

2.3 Birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi.

2.4 İcarəyə verilən obyektin yerləşdiyi binanın xarici görünüşünün qorunub saxlanılması.

2.5 Dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair təklifin verilməsi (“İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğindən və aylıq start icarə haqqı məbləğindən az olmamaq şərti ilə).

 

3. Sifarişçilər tərəfindən təqdim olunmalı sənədlər

 

3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə).

3.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (VÖEN 2000015631) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat idarəsindəki AZ53 NABZ 0136 0150 0000 0000 3944 saylı hesabına (kod 501004, müxbir hesabı AZ74 NABZ 0145 1700 0000 0000 1944, VÖEN 9900071001, S.W.I.F.T. bik: NABZAZ2C) hesabına müsabiqədə iştirak etməyə hüquq verən, obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi həcmində hesablanan behin köçürülməsini təsdiq edən qəbz. (Müsabiqənin qalibi tərəfindən köçürülmüş behin məbləği ilkin dövr üçün ödənilməli olan icarə haqqı məbləğinə daxil edilir, müsabiqənin digər iştirakçıları tərəfindən köçürülmüş beh müsabiqənin başa çatdığı gündən 10 (on) təqvim günü ərzində onlara qaytarılır)

3.3. Sifarişçi hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı  sənədlər təqdim edilir:

- reyestrdən çıxarışın müvafiq qaydada təsdiq edilmiş surəti;

- təsis müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surəti;

Sifarişçi fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər  təqdim edilir:

- şəxsiyyəti təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti;

- sahibkarlıq fəaliyyəti haqqında məlumat (əgər sahibkarlıq fəaliyyəti ilə məşğuldursa);

3.4 Müsabiqədə iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildikdə, həmin nümayəndə sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd təqdim etməlidir

3.5 Aşağıdakı sənədlər sifarişçilər (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca bağlı zərfdə (zərfin bağlı tərəfi sifarişçi tərəfindən imzalanır və (və ya) möhürlənir) təqdim edilir:

- dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair müsabiqə təklifi.

Qeyd edilən sənədlər tələb olunan formada təqdim edilmədikdə və ya bir hissəsi təqdim edilmədikdə, sifariş vermiş şəxsin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə, həmçinin müəyyən edilmiş müddətdə beh köçürülmədikdə və ya tam şəkildə köçürülmədikdə sifarişçi müsabiqəyə buraxılmır və behin sifarişçiyə qaytarılması qanunvericiliklə və “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Sifariş və ona əlavə olunan sənədlər müsabiqənin keçirilməsi haqqında dərc olunmuş məlumatda göstərilən müddət başa çatdıqdan sonra qəbul edilmir.

 

4. Müsabiqə qalibinə tətbiq edilən şərt tələblər

 

4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:

4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 20 (iyirmi) gün müddətində icarə müqaviləsinin imzalanmasını.

4.1.2. İcarə müqaviləsində göstərilən müddətdə və məbləğdə icarə haqqının dövlət büdcəsinə köçürülməsini.

4.1.3. Müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini.

 

5. Müsabiqədə iştirakla bağlı əlavə məlumat almaq qaydası

 

Sifarişçilər, müsabiqə haqqında əlavə məlumat əldə etmək, müsabiqəyə çıxarılan obyektlə tanış olmaq, sifariş(ərizə) və təkliflərinin verilməsi üçün obyektin yerləşdiyi ərazi üzrə 20.05.2017-ci il tarixinədək iş günləri saat 900-dan 1800-dək aşağıdakı ünvanlara müraciət edə bilərlər:

Biləsuvar rayonu, Bağbanlar kəndində yerləşən obyekt üzrə - Cəlilabad şəhəri, H.Əliyev prospekti 151, Əmlak Məsələləri Dövlət Komitəsinin 15 saylı Ərazi şöbəsi, tel.: (2524) 5-50-29, (2529)5-01-17.

Bu ünvanda müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi 23.05.2017-ci  il tarixində, saat 1000-da başlayacaqdır.

Ağcabədi şəhəri, F.Əlizadə küçəsi 7-də yerləşən obyekt üzrə - Beyləqan şəhəri, S.Mirəliyev küçəsi 95, Əmlak Məsələləri Dövlət Komitəsinin 14 saylı Ərazi şöbəsi, tel.: (2122) 5-15-24, (2127)5-14-50.

Bu ünvanda müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi 23.05.2017-ci  il tarixində, saat 1400-da başlayacaqdır.

Füzuli rayonu, Horadiz şəhəri, M.Ə.Rəsulzadə küçəsi 91-də yerləşən obyekt üzrə - Beyləqan şəhəri, S.Mirəliyev küçəsi 95, Əmlak Məsələləri Dövlət Komitəsinin 14 saylı Ərazi şöbəsi, tel.: (2122) 5-15-24, (0263) 5-58-32.

Bu ünvanda müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi 23.05.2017-ci  il tarixində, saat 1500-da başlayacaqdır.

Göyçay şəhəri, Ə.Kərim küçəsi 112A -də yerləşən obyekt üzrə - Ucar şəhəri, H.Əliyev küçəsi 81, Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı Ərazi şöbəsi, tel.: (2021) 3-01-13, (2027)5-36-37.

Bu ünvanda müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi 24.05.2017-ci  il tarixində, saat 1000-da başlayacaqdır.

Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 117-də yerləşən obyekt üzrə - Qəbələ şəhəri, Z.Əliyeva küçəsi 6, Əmlak Məsələləri Dövlət Komitəsinin 18 saylı Ərazi şöbəsi, tel.: (2420) 5-23-00.

Bu ünvanda müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi 24.05.2017-ci  il tarixində, saat 1400-da başlayacaqdır.

Qax şəhəri, Azərbaycan prospekti, 26-da yerləşən obyekt üzrə - Şəki şəhəri, 20 Yanvar küçəsi 8, Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı Ərazi şöbəsi, tel.: (2424) 4-26-10, (2425)5-43-83.

Bu ünvanda müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi 24.05.2017-ci  il tarixində, saat 1630-da başlayacaqdır.

Qazax şəhəri, H.Əliyev küçəsi 150-də yerləşən obyekt üzrə - Qazax şəhəri, H.Əliyev  küçəsi 75, Əmlak Məsələləri Dövlət Komitəsinin 12 saylı Ərazi şöbəsi, tel.: (2229) 5-17-96.

Bu ünvanda müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi 25.05.2017-ci  il tarixində, saat 1100-da başlayacaqdır.