Obyektin adı Ünvanı Balans saxlayıcısının adı Ümumi
faydalı
sahəsi
(kv.m)
Hərraca çıxarılan ümumi ilkin (satış) qiyməti
(manat)
10% beh məbləği
(manat)
1 Qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 22A Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 16.5 8000 800
2 Qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi, 7 Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 43.3 9000 900
3 1 saylı təsərrüfat malları mağazası Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 141, 141A İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi  179.1 15100 1510
4 19 saylı mağaza (təsərrüfat malları) Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Zabrat-Pirşağı yolu, 7-ci km, 31H İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi  107.6 14100 1410

 

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).
2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.
3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Qeyd: Hərraclar Bakı şəhərində Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.