21 fevral 2017-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı

 

S/N

Balanssaxlayıcı müəssisənin adı

Avtonəqliyyat vasitəsinin markası

 

Buraxılış ili

Start qiyməti

(manatla)

 

10% beh

(manatla)

1.

Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

UAZ-31519

2006

1900

190

2.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti

Mitsubishi L 200

2005

5000

500

3.

Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi

QAZ-13

1973

32000

3200

 

1-ci sətirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

2-ci sətirdə Azərbaycan Respublikası Xüssusi Dövlət  Mühafizə Xidmətinin balansında olan  nəqliyyat vasitəsi 2-ci dəfə  təkrar hərraca çıxarılır.

Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
  2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

(tel:566-07-44)