Əmlak Məsələləri Dövlət Komitəsində Avropa İttifaqının TAIEX yardım aləti çərçivəsində “Torpaqların idarə edilməsi üzrə monitorinq üsulları” mövzusunda təlim keçirilmişdir
-Torpaqların monitorinq üsullarının təkmilləşdirməsi, xüsusilə də qərar qəbul olunmasında torpaqlar haqqında mövcud məlumatlara çıxışın təmin olunması, lüzumsuz məhdudiyyətlərin aradan qaldırılması;
-Daşınmaz əmlakın vahid elektron kadastr qiymətləndirmə bazasının yaradılması;
-Torpaqların qiymətləndirilməsində Vahid Assosiasiyaların yaradılması və ixtisaslaşmış şəxslər tərəfindən torpaqların qiymətləndirilməsinin həyata keçirilməsi;
-Torpağın təyinatının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin tələbləri və cərimələr haqqında əhalinin geniş maarifləndirilməsi və cərimələrin tətbiqinə başlanılması;
-Vətəndaşların və digər maraqlı tərəflərin müxtəlif sahələr (meşə, yol, rabitə, kadastr və s.) üzrə məlumatlara çıxışının təmin olunması üçün e-hökumət vasitəsilə vahid bazadan məlumatların idarə olunması sisteminin tətbiqi;
-Əməliyyatların müasir texnologiya və elektron hökumət sisteminə əsaslanmaqla həyata keçirilməsi;
Beləliklə, TAIEX yardım aləti çərçivəsində keçirilmiş tədbirdə əldə olunan məlumatlardan və Sloveniya modelindən faydalanaraq, Azərbaycanda torpaqların idarə olunması və monitorinqi üsulları sahəsində təkmilləşdirmələr aparmaq mümkündür. Belə ki, vahid elektron baza yaradılarsa və maraqlı şəxslərin ona rahat çıxışı təmin edilərsə, xidmətlərin keyfiyyət səviyyəsi də artırıla bilər.
Avropa İttifaqının direktivinə əsasən, Sloveniyada INSPIRE təşəbbüsü tətbiq edilir. INSPIRE – məkan məlumatlarının vahid bazadan alınması modelidir.
Bu sahədə növbəti addım kimi Azərbaycan Respublikasının iqtisadi, siyasi və mədəni inkişafı dönəmində torpaqların idarə edilməsi və kadastrı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, mövcud sənədlərin rəqəmsallaşdırılması, avtomatlaşdırılmış kadastr məlumat bazasının yaradılması üzrə Avropa ölkələrinin təcrübəsindən yararlanmaq məqsədəuyğun hesab edilir.